Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlk cinsi əlaqəyə qədər oğlanlara bu peyvənd olunmalıdır – Papilloma virusunun xərçəng təhlükəsi

Tarix: 18-08-2019 17:20     Baxış: 4687 A- / A+
İlk cinsi əlaqəyə qədər oğlanlara bu peyvənd olunmalıdır

İnsan papiloması virusu əleyhinə peyvənd bütün dünyada 12 yaşından 21 yaşına kimi qızlara olunur və mütləq tövsiyyə edilir. Artıq Dünya səhiyyə təşkilatı oğlanların da İPV peyvəndi olmasını tövsiyyə edir.

İnsan papiloması virusunun bir neçə növü var ki, onların ikisi xərçəngə çevrilir. Daha çox qızlarda, qadınlarda uşaqlıq boynu xərçəngi yaradan bu virus kişidən cinsi əlaqə zamanı qadına ötürülə bilir. Ona görə inkişaf etmiş ölkələrdə profilaktika məqsədilə qızlar ilk cinsi əlaqə yaşına kimi bu peyvənddən keçirilir.

İndi növdə kişilərə çatıb. Çünki əsas daşıyıcı və yoluxdurucu kişilər olduğu üçün, həmçinin 2 tip virusun kişilərdə də xərçəng yarada biləcəyini nəzərə alaraq oğlanlar da 13 yaşından 20 yaşına kimi bu peyvənddən olunsa daha təhlükəsiz yaşayarlar.
Papiloma cinsi orqanlarda, ətrafında, anus ətrafında ət xal kimi deyilən ziyillərlə görünür.
Qadınlarda uşaqlıq, kişilərdə uroloji və qırtlaq xərçənginə səbəb olur.

Hazırda papiloma dünyada çox yayıldığından insanlar peyvəndə qarşı əsassız qadağalarını aradan qaldırıb, vaxtında özlərini və övladlarının gələcəyini təminat almaq barədə düşünməlidirlər.

Papiloma və kişilər


Kişilər papiloma virusundan heç də az qorxmamalıdır. Çünki onlar öz həyat yoldaşlarını yoluxdurub, onu xərçəngə qədər apara bilər, ikincisi özləri anal, düz bağırsaq, dil və qırtlaq xərçənginə tutula bilər. Virusa yoluxma illərlə simptomsuz biruzə verir.
Kişilərdə qırtlaq xərçəngi 50 yaşdan sonra baş verə bilər.

Bir kişi və ya qadın papiloma virusunun aqressiv formasına yoluxubsa, onun xərçəngə çevrilməsinə qədər 20 il vaxt tələb olunur.
Siqaret və içki isə bu xəstəliyi daha da tezləşdirir.

Bu vaxta kimi insanlar bəzi nahiyələrdə ət xal dedikləri papilomaları zərərsiz hesab edirdilər. Hətta onlar böyüyüb, çıxıntısı artanda yandırır, qurudub salır və ya kəsdirirdilər.

Papilomma udlaq və qırtlaqda da daxildə olur. Əgər o, aktiv böyüyürsə, ağrı verə bilir.
Qırtlaqda olan çoxsaylı papilomma papilomatoz adlanır və xəstənin səsinə, nitqinə, tənəffüsünə belə təsir edir.
İlk cinsi əlaqəyə qədər oğlanlara bu peyvənd olunmalıdır

İlk cinsi əlaqəyə qədər oğlanlara bu peyvənd olunmalıdır

Vaksini nə vaxt etdirməli?

Yaş 9 yaşından 22 yaşa kimidir. Çünki bu ərəfədən artıq yeniyetmələr bir-birilə ilə təmas edir, müəyyən seksual hərəkətlər ola bilər, erkəb 13-14 yaşından intim münasibətlər başlaya bilər və hər an həm qız, həm də oğlan bu virusa yoluxa bilər. Ona görə işi öncədən ehtiyatlı tutmaq lazımdır.

Oğlanlar və qızlara 3-6 ay ərzində fasilələrlə 3 dəfə peyvənd edilir. Qeyd edək ki, PVV xərçəngin bir növünə qarşı hələ ki, yeganə vaksindir.
Bəzən artıq xəstəliyə yoluxmuş və papiloması xərçəngə doğru yol alan qadın və kişilərə 40-45 yaşında da bu peyvənd edilir. Çünki bəzi hallarda təsiri sübut olunub.
İlk cinsi əlaqəyə qədər oğlanlara bu peyvənd olunmalıdır

Ona görə alimlər, həkimlər valideynlərə səslənərək övladlarını vaxtında bu peyvənddən keçirməyi tövsiyyə edir. Azərbaycanda bu peyvənd dövlət müəssisələrində olunmur, məcburi deyil, milli təqvimdə yoxdur. Peyvəndi yalnız sifariş etməklə özəl xəstəxanalarda vurdura bilərsiz.
Bu peyvəndin heç bir əks təsiri, zərəri sübut olunmayıb. Peyvənddən sonra insanda immunitet yaranır, insan virusa qarşı dayanıqlı olur.medicina.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar