Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu bilgilər sizin və yaxınlarınızın həyatını qurtara bilər!

Tarix: 14-08-2019 21:43     Baxış: 4293 A- / A+
Bu bilgilər sizin və yaxınlarınızın həyatını qurtara bilər!


İnfarkt (miokard infarktı) ürək damarlarının bağlanması nəticəsində inkişaf edən patoloji haldır.

Damar bağlananda qan ürəyə daxil olmur və ürək əzələsində 20 dəqiqədən sonra nekroz prosesi (ürək hüceyrələrinin məhv olunması) başlayır.

Həkimlər qeyd edir ki, xəstəyə infarkt başlayandan 1,5-2 saat (buna "terapevtik pəncərə" deyilir) ərzində ən effektli kömək etmək olar. 2 saatdan sonra müalicənin effektivliyi kəskin azalır, ağır pozulmaların (əlillik, ölüm) riski isə artır.

Bu səbəbdən infarktın diaqnozu nə qədər tez qoyularsa və xəstə xəstəxanaya nə qədər tez çatdırılarsa, onun həyatda qalmaq şansı da o qədər yüksək olacaq. Bu səbəbdən hər kəs infarktın simptomlarını və infarkt zamanı ilk yardım qaydalarını bilməlidir.

Manevr.az saglamolun.az-a istinadən infarktın əsas simptomları ilə tanış edir:

- Ürək nahiyəsində çox güclü, dözülməz ağrı (xəstələr bu ağrını təsvir edəndə deyirlər ki, "ürəyə sanki xəncər batırıblar"). Ağrı stenokardiya ağrısından qat-qat daha güclüdür. Ağrı kürəyə, qola, çənəyə, qarının yuxarı hissəsinə yayıla bilər. Əgər siz ürək tutması zamanı adətən nitroqliserin qəbul edirsinizsə, infarkt zamanı nitroqliserin yardım etməyəcək.

- Ürəkbulanması, bəzən qusma

- Güclü narahatçılıq hissi (insan özünə yer tapa bilmir)

- Ölüm qorxusu

- Soyuq tər

- Güclü zəiflik

- Baş gicəllənməsi, bəzən bayılma

- Təngənəfəslik

- Ürək ritminin pozulması (gah tez-tez vurur, gah seyrəlir).

İlk yardım:

- Dərhal "təcili yardım" çağırın (tel - 103). İnfarkdan şübhə etdiyinizi qeyd edin.

- Xəstəni yarıoturaq vəziyyətdə otuzdurun (uzatmaq olmaz!)

- Otağın pəncərəsini açın ki, hava axını artsın

- Xəstənin yaxasını açın, kəmərini boşaldın

- 1 iri həb aspirin verin (xəstə onu çeynəməlidir)

- Xəstənin təzyiqi yüksəkdirsə, dilin altına nitroqliserin həbini qoyun. Hər 5 dəqiqədən bir nitroqliserin verin (3 dəfədən çox olmaz). Təzyiq aşağıdırsa və ya təzyiqi ölçməyə imkan yoxdursa nitroqliserin vermək olmaz, bu kollaps və komaya səbəb ola bilər.

Bəzən elə olur ki, xəstə evdə təkdir. Bu halda imkan daxilində özünüzə yuxarıda sadalanan yardım edin və mütləq çöl qapısını açıq qoyun ki, bayılma baş verərsə həkimlər vaxt itirmədən evə daxil ola bilsin.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar