Xəbər lenti
Anoreksiyanın müalicə yolu tapıldı

Anoreksiyanın müalicəsi olduqca çətindir, çünki bu, psixi və fizioloji xəstəliklərin yaranmasına gətirib çıxaran hibrid xəstəlikdir.
“Nature Genetics” jurnalı bildirir ki, xəstəlik qadınların 1-2%, kişilərin isə 0,2-0,4%-ə təsir edir.
Nəşrdə qeyd edilir ki, psixi xəstəliklər arasında ölüm hallarının ən yüksək faizi məhz anoreksiyanın payına düşür. Eyni zamanda, onun depressiya, narahatlıq və şizofreniya ilə əlaqəli olan genetik variantları mövcuddur.
Bir qrup tədqiqatçı testlər apararaq, qənaətə gəlib ki, anoreksiyaya psixi və metabolik pozuntuların vəhdəti gətirib çıxarır. Buna görə də, onun müalicəsi üçün kompleks yanaşma tətbiq edilməlidir.
Qeyd edək ki, anoreksiya qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























