Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sən demə, kişilərin qadınlardan daha tez ölməsinin səbəbi BU İMİŞ - ALİMDƏN XƏBƏRDARLIQ

Tarix: 08-08-2019 21:48     Baxış: 3237 A- / A+
Sən demə, kişilərin qadınlardan daha tez ölməsinin səbəbi BU İMİŞ - ALİMDƏN XƏBƏRDARLIQ

Qadınlar kişilərdən daha uzunömürlü olur. Bunu ölkələrin orta yaş statistik göstəriciləri də təsdiq edir. Bəs qadınların uzunömürlü olmasının səbəbi nədir? Bununla bağlı müxtəlif fikirlər və versiyalar səsləndirilir.

Manevr.az xəbər verir ki, türkiyəli alim, daxili xəstəliklər üzrə həkim və kardioloq Canan Karatay kişilərin daha az yaşamasının səbəblərini açıqlayıb.

“Özünə yaxşı bax” adlı konfransda çıxış edən alim bildirib ki, sağlamlıqlarına diqqət etməsələr, kişilər qadınlardan daha az yaşayarlar. Alim bunun sirrinin isə xromosomlarda olduğunu diqqətə çatdırıb:

“Kişilərdə X və Y xromosomları var. Y xromosomuna baxanda bir ayağı olmadığını görürük. Bu səbəblə kişilərin ömrü daha azdır”.

Kardioloq bildirib ki, xromosomların başında telomerlər (telomerlər xromosomları və DNT-ni təhlükədən qoruyan bir nöqtədə yerləşir) var:

“Ancaq kişilərdəki Y xromosomunun bir ayağı yoxdur, yəni kökdən bir telomer əskikdir. Ona görə də kişilər özlərinə diqqət etməsələr, qadınlardan daha az yaşayar. Buradan kişilər səslənirəm, sizin bir telomeriniz doğuşdan əskikdir, bunu nəzərə alın”.

C.Karatay həmçinin yağların infakta səbəb olmasına toxunaraq bu iddianın yalan olduğunu deyib:

“Bədənimizdəki hüceyrələrin 60 faizi su, 20 faizi zülal, 19 faizi yağlardır. Çox az bir hissəsində isə karbohidratlar yer alır. Təbii yağlar bədənimiz üçün çox vacibdir, yağsız həyat mümkün deyil. Az yağlı pəhrizlərin səbəbi yalnız xəstəliklər ola bilər. Bədənimiz hər cür yağ ehtiyacını özü təmin edə bilir, ancaq iki yağ var ki, onlaır heyvan və bitkilərdən alırıq. Bunlar "omeqa3" və "omeqa6"-dır. Bədənimizin bu yağlara ehtiyacı var. Heyvan mənşəli təbii yağlar əsasən qoyun və quzunun yağıdır ki, onlar bədənə toxluq hissi verir. Heyvan mənşəli kərə yağı və təbii zeytunyağı bədənə enerji verir, beyni aydınladır, qaraciyər piylənməsinin qarşısını alır, ruhumuzu da sağlamlaşdırar”.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar