Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Göz xəstələrinin sayı niyə artır? – “Gen, qidalanma, ətraf mühit...” – Həkim açıqlaması

Tarix: 08-08-2019 19:31     Baxış: 3269 A- / A+
Göz xəstələrinin sayı niyə artır? – “Gen, qidalanma, ətraf mühit...” – Həkim açıqlaması

"Bu gün Azərbaycanda oftalmologiya sahəsi çox inkişaf edib. Bütün göz xəstəliklərində olan cərrahi əməliyyatlar uğurla icra olunur. Bütün bunlara baxmayaraq, son zamanlar gözlə bağlı şikayətlər də çoxalıb”.

Bu barədə bakupost.az-a Tibb elmləri doktoru, VitreoRetinal cərrah Dr. Tural Qəlbinur açıqlama verib."Ölkəmizdə ən çox yayılan diabet xəstəliyidir. Bu xəstəlikdə əgər kontrol olmazsa, bir çox fəsadlar törədir. Bunlardan da biri ilk olaraq gözdür. Yəni torlu qişadır, göz dibindədir. Əgər zamanında bu problemlər aşkarlanmazsa, gözdə korluğa qədər gedib çıxa bilir. Gənclərdə, yeniyetmələrdə, uşaqlarda görmə qüsurları geniş yayılmışdır. Bunun başlıca yaranma səbəblərindən biri genetik faktordur. Ailə üzvlərində hər hansı bir görmə qüsuru varsa, yəni valideyn eynək taxırsa, uşaqlarda da bu qüsurun ehtimalı yüksəkdir. Bunun səbəblərdən biri də qohum evlilikləridir. Bəzən ata-ana sağlam olsa da, qohum olduqları üçün övladlarında ciddi göz xəstəlikləri aşkarlanır. Bu səbəbdən də, bu halla tez-tez qarşılaşırıq. Hazırda müasir texnologiyanın inkişafı ilə uşaqların mobil telefon, müxtəlif planşetlər və kompüterlərdən çox istifadə etməsi də təsir edir. Əslində bu elmi baxımdan təsdiq edilməsə də, praktiki olaraq təcrübəmizdə belə uşaqların görmə qüsurlarına daha çox rast gəlirik”. Həkimin sözlərinə görə, indi katarakt və qlaukoma xəstələrinin sayı daha da artıb:

"İnsan ömrü nə qədər uzundursa, əmələ gələ biləcək problemlər, xəstəliklər daha çox gösrənir. Bunlardan biri də mirvari suyu kimi bilinən katarakt xəstəliyidir. Bu halda katarakt cərrahiyyəsi tətbiq edilir. Bu gün belə xəstələr daha çoxdur. Bundan başqa qara su kimi bilinən qlaukoma xəstəliyi həddindən artıq çoxdur. Bu da yaşlı nəsildə, bir qrup insanlarda daha çox rast gəlinir. Yaşla bağlı görmə mərkəzinin xəstəliyi bu dövrlərdə, 60 yaşdan sonra insanlarda daha çox rast gəlinir. Əgər vaxtında müalicə olunmazsa, ciddi görmə mərkəzinin korluğuna gətirib çıxarda bilər”.
Göz xəstələrinin sayı niyə artır? – “Gen, qidalanma, ətraf mühit...” – Həkim açıqlaması

Həkim onu da qeyd edib ki, düzgün qidalanmamağın bütün orqanizmə ziyanı barədə hər kəs bilir. Lakin tütünün gözə olan zərəri də artıq təsdiqlənib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar