Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kürəyin arxasından tutan ağrıların 7 səbəbi

Tarix: 19-07-2019 11:40     Baxış: 3414 A- / A+
Kürəyin arxasından tutan ağrıların 7 səbəbi


Kürəyin, xüsusən ürəyin arxa hissəsindən tutan ağrılar, bıçaq sancılmış kimi küt sancı hər 10 insandan 2-də rast gəlinir. İnsan bu ağrıların çox zaman ürəkdən, ciyərdən olduğunu düşünür. Çünki bu ağrılar zamanı nəfəs almaq sanki çətinləşir. Həmin yerə ağrıkəsici çəkmək, məlhəmlər etmək və ya dərman atmaqla, simtpomları ört -basdır etmək olmaz. Həkimlər bildirir ki, döş qəfəsi arxasındakı ağrılar uzun müddət davam edərsə, ciddi xəstəliklərdən xəbər verə bilər.

Manevr.az medicina.az-a istinadən kürəkdə başlayıb, yayındırıcı ağrıların səbəblərini təqdim edir.
1.Stenokardiya - ilk növbədə ürəkdən şübhələnmək lazımdır. Stenokardiya belə ağrılar verən birinci ürək xəstəliyidir. Ağrı tutmaları fiziki ağırlıq, çox gəzmək, həyəcandan başlayır. Ağrı güclü olur, kürəyə, sinəyə, qollara yayılır. Döş qəfəsinə təzyiqdən xəstə dərindən tam nəfəs ala bilmur. Ağrı nitroqliserin tableti qəbul etdikdən və ya 15 dəqiqə sakit uzandıqdan sonra keçir.

2. Miokard infarktı - daha intensiv ağrılardır, uzanmaq, dinclik, preparat qəbulu zamanı keçmir.

3.Ürək əzələsinin zədələnməsi - dözümlü dərəcədə, davamlı ağrı sindromu verir. Sutkanın istənilən saatı, deşici, kəsici, yandırıcı, sıxıcı kimi ağrı verir.

Bu ağrılarda əlamət verən geniş yayılmış ürək xəstəliləri endokardit, miokardit, perikarditdir.
Ağrı ilə yanaşı ürək ritminin pozulması, bədən hərarətinin dəyişməsi, təngnəfəslil, boğulma, başgicəllənmə, hava çatışmazlığı ilə yanaşı gedir.

4.Tənəffüs orqanları patologiyaları

Əgər döş qəfəsi öndən və arxadan düz mərkəzdən ağrıyırsa, bu ağciyərlərdə problemdən ola bilər. Bakterial və viruslar selikli qişanın iltihabına səbəb olur, bu da sinir uclarını qıcıqlandırır. Bu ağrılar zamanı boğazda quruluq, qıcıqlanma, öskürək də olur. Bronxitdə də ağrı düz mərkəzdə olur və öskürək, hərəkət zamanı artır. Eləcə də bu kimi ağrılar astma, XOBL və qida borusu xəstəliklərində olur.

5.Həzm orqanları xəstəlikləri

Əgər kürək arxasında ağrılar yemək yedikdən 15 dəqiqə sonra başlayırsa, bu reflüks xəstəliyinin əlamətidir. Dar boğazlı geyim geyəndə, gecə yatanda, fiziki iş görəndə bu ağrılar artır. Kəskin ezofagit də kürəkdə ağrılara səbəb olur. O, yandırıcı, kəsici olub, çox ac qalanda və yeməkdən sonra başlayır.

6. Dərman qəbulu

Bəzən xəstə digər səbəblərə görə dərmanlar atır və dərmanın əks təsiri kimi kürəkdə, döş qəfəsində ağrılar başlayır. Məsələn, antasid və hidrokarbonatlar. Turşuluğu azaldan bu dərmanları qəbul etdikdən 15 dəqiqə sonra mədə genişlənir, nəticədə mədə turşusu atılır, qıcıqlanmadan sinir ucları ağrı verir. Bu ağrılar uzun müddət iltihab əleyhinə qeyri-steroid və qlükokortikosteroidlər qəbul etdikdə də olur.

7.Digər səbəblər

Bəzən belə ağrılar qəfil başlayıb, 1həftə davam edib, sonra itir, ya da ara sıra itib qayıdır. Bu zaman xəstə heç ağlına gələ bilməyən problemlərlə qarşılaşa bilər: qabırğalararası nevralgiya, ürəkd-damar patologoyaları, aortal klapan çatışmazlığı, mitral xəstəlik, isterik tutmalar, stenoz, qastrit, xora, sümükləri dağıdan qabırğa xondriti, osteosarkoma, sümüklərin dəyişməsi, yırtıq, limfoma, timoma, vərəm, limfa vəzilərin xəstəliyi və s.

Kimə müraciət etməli?

İlk növbədə terapevt və nevroloq müayinə etməli, ilkin analiz və müayinələr olunmalıdır. Daha sonra şübhələrə əsasən kardioloq, pulmonoloq, travmatoloq baxa bilər. Rentgen, KT və MRT oluna bilər.

Ürəyin EKQ, EXQ-si, mədə və qida borusunun endoskopik müaiynəsi təyin edilir. Səbəb tapılmadan müalicə mümkün deyil, bəzən bir ağrının səbəbi isə 3-5 müayinədən sonra məlum olur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar