Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Böyüklərdə və yaşlılarda askarid əlamətləri – Bədənindəki qurdları tanı

Tarix: 19-07-2019 08:16     Baxış: 3245 A- / A+
Böyüklərdə və yaşlılarda askarid əlamətləri – Bədənindəki qurdları tanı

Askarid iri soxulcan tipli, quyruqlu parazit növüdür. Daşıyıcısı insan özüdür. Askarid yalnız insan orqanizmində çoxalır, yetişir.nQurdun yumurtası həzm sistemi ilə orqanizmə düşür, fermentlərin təsirindən qabığını itirir və bütün orqanlara: qaraciyər, ürək, ağciyərlərə yayılır. Daha sonra sürvələr ağıza gəlir, ordan tüpürcək, ağız suyu və qida çeynəyərkən mədə-bağırsağa düşür. Uzunluğu 25 sm-ə kimi çata bilər.

Yumurtaları adi gözlə görünür. Bir dişi qurdda 27 milyon yumurta olur. Sutkada 240min yumurta qoyur. Dünyada 1,2 milyard insan bu qurdun daşıyıcısıdır. Daha çox yayda tərəvəz, meyvə, göyərti, giləmeyvə və torpaqdan keçir.

Əllərə düşdükdə sabunla diqqətli yuduqda yumurtaları asanlıqla təmizlənir. Eləcə də tərəvəz, meyvə, göyərti təmiz yuyulmalı, sirkəli suda saxlanmalı, 50 dərəcədən yuxarı istilikdə hazırlanmalıdır.

Qan dövranı ilə yumurta və sürvələr bir çox orqan, toxumalara, venalara, damarlara oturur. Bir askaridin ömrü 1 ildir. Sonra o ölür və bağırsaqla xaric olur.

Yumurtalar daha çox kənd, bağ yerlərində, tualetdə, torpaqda olur.


İnsanda askaridin olmasının əlamətləri:
Həm uşaqlarda, həm böyük yaşlı insanlarda rast gəlinən askarid yoluxmanın və yayılmanın əhatəsi, vaxtı, dərəcəsindən asılı olaraq erkən və kəskin olur.

Erkən mərhələ yüngül keçir, ciddi əlamət olmur.

-Baş ağrıları
-Ümumi zəflik, yorğunluq
-Hərarətin qalxıb-enməsi
-Dəridə qaşınma, səpki, qızartı, yanma

-Öskürək, bəlğəm
-Təngnəfəslik, sinədə ağrı

-USM –də qaraciyər, dalaq, limfaların ölçüsünün böyüməsi müşahidə olunur
-Sürvələrin ağciyərlərə miqrasiyası bronxit, pnevmoniya, ürək-damar patologiyaları verə bilər
-Uşaqlarda, böyüklərdə bağırsaq dispepsiyası, diareya, qəbizlik, tez-tez nəcis, enterit
-Qarında, göbək nahiyəsində, anusda ağrı, qaşınma, yanma, barmaqları basarkən bəzi yerlərdə ağrı
-İştahsızlıq, hər qidanı qəbul edə bilməmək

-Ürəkbulanma, ağızdan su axma
-Süd məhsullarını həzm edə bilməmək

-Əsəb sistemi tərəfindən nevrotik sindrom, əsəbilik, dağınıqlıq, diqqət yayğınlığı, tez əsəbləşmək, küsmək, ağlamaq, həyəcan, yuxu pozulması, yuxuda qorxma, yuxuda hərəkətlər
-Askaridi olan uşağın immun sistemi zəifləyir, o, tez-tez xəstələnir, qrip olur, infeksiyalara yoluxur, ağzının içi yara olur

Diaqnoz üçün parazitoloq və ya pediart, terapevtə müraciət edib qan, nəcis analizi, yaxma, eləcə də USM olunur.medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar