Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərzaq məhsullarının saxlanılması üçün iri anbar tikilir

Tarix: 04-07-2019 12:36     Baxış: 3181 A- / A+
 Ərzaq məhsullarının saxlanılması üçün iri anbar tikilir


Bakıda ərzaq məhsullarının saxlanılması üçün iri anbarın tikintisi 2020-ci ilin əvvəlində başa çata bilər.

Bunu Manevr.az “Nabucco Memarlıq və İnşaat” tikinti şirkətinin direktoru Kəmaləddin Məsimov deyib.

Onun sözlərinə görə, bu günədək metal konstruksiyanın quraşdırılması üzrə işlərin 20 faizi başa çatıb.

Şirkət direktoru bildirib ki, yeni obyektin tikintisində bir neçə Azərbaycan şirkəti iştirak edir:

“Hazırda özülün quraşdırılması üzrə beton işləri başa çatıb. Metal konstruksiyası da quraşdırılandan sonra digər Azərbaycan şirkəti obyektin ventilyasiyasının quraşdırılmasına başlayacaq. Obyektin gələn ilin ilk aylarında istifadəyə veriləcəyi gözlənilir”.

Onun sözlərinə görə, şirkət əsasən şəxsi villalar və digər obyektlərin tikintisi ilə məşğul olur:

“Biz əsasən fərdi sifarişçilərlə müqavilə əsasında işləyirik və bu gün müəssisəsimizin əsas gəlir mənbəyi bu sahədir. Eyni zamanda bizim texniki imkanlarımız və kadr potensialımız imkan verir ki, biz istənilən dövlət əhəmiyyətli obyektin tikintisi ilə məşğul olaq. Təəssüf ki, hələlik bununla bağlı sifariş almamışıq, ona görə də bu istiqamətdə iş təcrübəmiz yoxdur”.

K.Məsimov əlavə edib ki, ölkənin tikinti sektorunda hazırkı vəziyyəti stabil olaraq qiymətləndirmək olar:

“Demək olmaz ki, tikinti bumu yaşanır, amma ümumilikdə bu sektorda inkişaf dinamikası var”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar