Xəbər lenti
Vücudun gizli təhlükəsi: ŞAH DAMAR TIXANMASI – Əlamətləri
Şah damarın tıxanması... Bu qorxulu vəziyyət nədir, necə yaranır?
Manevr.az medicina.az-a istinadən bu bəla haqqında ətraflı məlumatı təqdim edir.
Hər bir orqanı qidalandıran magistral arterial damar, şah damar hesab olunur. Misal üçün: bud arteriyasi, aorta və sair. Bu problem təhlüləkli damar xəsətliklərindən biridir. Əgər vaxtında müalicə edilməzsə, iflic və ya insult ilə nəticələnə bilir.
Karotis arterial damarların və ya şahdamarın tutulması.
Karotis arterial damarı və ya şahdamar boyun hissəsində olur və beyini qan ilə qidalandıran ən vacib damardır. Şahdamarda daralma və ya tıxanma çox təhlükəlidir. Çünki həyatı orqanlardan biri olan beyinə mənfi təsir edir. Beynin qanla qidalanması azalır və ya darlıq bölgəsindən beyinə tromb atılaraq insulta səbəb olur.
Xalq arasıda damar tutlması olaraq bilinsə də, şah damarda bizim üçün vacib olan damarın tutulması deyil damarın daralmasıdır. Çünki damar tam tutulduqdan sonra müalicəyə ehtiyac yoxdur və ya mümkün deyildir. Ancaq damar daraldığı zaman beyinə tromb gedə bilər və bu böyük fəsadlarla nəticələnir.
Boyun damarlarından beyinə tromb getməsi insult ilə nəticələnir. Ancaq insultdan əvvəl daralmağa bağlı diqqətçəkici şikayətlər ola bilər. Bunlar bədən və ya üzdə keyimə-iynələnmə hissi, qol və ayaqlarda gücsüzləşmə, danışığın pozulması, bulanıq görmə və ya gözə qara pərdə gəlməsi, kəskin huşun getməsi, ürək getmə, güclü baş gicəllənmə kimi şikayətlərdir. Bu şikayətlər qalıcı insultun ilkin göstəriciləridir. Bu səbəblə şikayətlərinizlə deyilənlər arasında uyğunluq varsa, mütləq nevropatoloqun müayinəsindən keçməlisiniz. Bu şəkildə ilkin müalicə alaraq insultun qarşısını almaq mümkündür.
Şahdamar tutulması zamanı nələr baş verə bilir:
• Boyunda yerləşən karotis arterial və ya şahdamarın darlığı zamanı beyinə tromb atıla bilər.
• Kiçik daralmalar böyük fəsadlar yaratmaz. Ancaq daralma 50%-i keçdiyi zaman beyinə tromb atma riski ciddi olaraq artır.
• Xəstələrin bir çoxunda tromb beyinə düşdükdə artıq iflic keçirir.
• Vacib olan tromb beyinə düşmədən diaqnozun qoyulması və müalicə edilərək trombun beyinə atmasının qarşısını almaqdır.
• Diaqnozun qoyulması üçün rəngli doppler müayinəsi yetərlidir. Ehtiyac olarsa MRT və ya KT ilə dəqiq diaqnoz qoyulur və darlığın dərəcəsi ölçülür.
• Angio və ya əməliyyat ilə müalicə yalnız 50%-in üzərində tutulmalar üçün nəzərdə tutulur .
• Şahdamar 100% li tutularsa, damar yolu bağlı olduğu üçün artıq beyinə tromb atma ehtimalı çox azdır və müalicəyə ehtiyac olmur. Yəni tam tutulmuş damarın açmaq lazım deyildir.
• Beyni qidanladıran 4 damar var. Damarladan biri tam tutulmuş olsada, digər damarlar açıq olduğu müddətcə beyin üçün heç bir təhlükə yoxdur.
• Şahdamarın daralmasında iki müalicə üsulu vardır:
• Agioqrafiyada stent yerləşdirilərək damarın bizlər, yəni Uzman İnvaziv Radioloqlar tərəfindən açılması.
• Əməliyyat ilə darlığının təmizlənməsi -uzman Ürək və Damar cərrahları tərəfindən açılması.
• Hər iki üsul müvəffəqiyyətlidir.
Şahdamar darlığı və ya tıxanıqlığı necə yaranır?
Şahdamar darlığı (karotis arterial damarı) damar sərtliyindən və ya damar kirəclənməsindən yaranır.
Şahdamar daralması və tutulması kimlərdə olur?
Şahdamar tutulması 50 yaşından yuxarı hər kəsdə görülə bilər. Damar sərtliyinə bağlı yarandığından damar sərtliyi yaranma riski böyük olan pasientlərdə (yaşı çox olan, şəkər xəstəliyi olan, yüksək təzyiqi olan və siqaret çəkən) daha çox təsadüf olunur.
Şahdamar daralması səbəbilə beyinə tromb atılarsa hansı şikayətlər yaranar?
• Gözlərdə qısamüddətli qaralma. Qaralma bir gözdə təsadüf olunur və bu göstəriciyə görə xəstəliyin ilkin mərhələsində qoymaq mümkündür.
• Üzdə və ya qolda keyimə və ya gücsüzlük hissi.
• Qol və ayaqlarda gücsüzlük, keyimə və iynələnmə hissi.
• Qol və ayaqlarda insult.
• Danışığın pozulması, danışılanı eşitməmə və başa düşməmə.
• Beyinə tromb atılmamışdan əvvəl keçməyən baş gicəllənməsi.
Xəstələrin bir çoxunda boyun damar darlığı bu şikayətlərdən sonra aşkar edilir və müalicə olunur.
Əsas olan bu darlığın insult və bu kimi ağır fəsadlar yaratmadan diaqnoz qoyulması müalicə edilməsidir.
Şahdamar tutulmasında stent və ya əməliyyatı nə zaman etmək lazımdır?
Şahdamarda daralma 50%-dən çoxdursa və şikayətlərə səbəb olursa, damarın açılması vacibdir. Müalicə darlığın əməliyyatla və ya stent yerləşdirilərək açılmasıdır.
Bəzi hallarda sadəcə dərman müalicəsi ilə problemi həll etmək olur.
Damar darlığının müalicəsində həm əməliyyat, həm də stent yerləşdirilməsi bənzər üsullardır. Hazırda hər iki üsuldan istifadə olunur. Hər iki üsul müvəffəqiyyətlidir.
Burada invaziv radiologiyanın etdiyi stent müalicəsinə də yer verilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar