Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həftədə 3 dəfə qarabaşaq yeməyin 7 faydası – Bu xəstəliklərdə müalicədir

Tarix: 27-06-2019 23:01     Baxış: 4203 A- / A+
Həftədə 3 dəfə qarabaşaq yeməyin 7 faydası – Bu xəstəliklərdə müalicədir


Qarabaşaq ( qreçka) yarmaların şahıdır. Hələ ki, genetim dəyişikliyə uğramayıb, ekoloji təmizdir, kimyəvi tərkibi yoxdur. Ondan bişirən sıyıq, şorba, hətta sadəcə suda isladıb yemək çox xəstəliklərdə müalicəvi təsir edir.

Mütəxəssislər həftədə 3 dəfə qarabaşaq sıyığı, yəni sadəcə suda bişmişini yeməyi tövsiyyə edir.
Manevr.az qarabaşağın orqanizmə 7 faydasını təqdim edir:

1.Qanda şəkəri salır


Qarabaşaq çox aşağı qlikemik indeksə malikdir və şəkər xəstələri üçün əvəzsizdir. Nəinki şəkər xəstələri, eləcə də çox şirniyyat yeyənlər də qarabaşaq qəbul etməlidir ki, diabet olmasınlar.

2. Damarları möhkəmləndirir


Qarabaşaqda olan rutin damarları möhkəmlədir, qan dövranını yaxşılaşdırır. Ona görə qarabaşağı əməliyyat keçirmiş xəstələrə, hamilələrə tövsiyyə edirlər. Qanda xolesterini azaldır.

3.Həzmi normallaşdırır


Tərkibində olan zülal və nişasta qəbizlik və meteorizmdən xilas edir, nikotin turşusu metobolizmi normallaşdırır, piy, yağ, karbohidrat sintezini sürətləndirir.

4.Bağırsaq xərçənginə qarşıdır


Qarabaşaq bağırsaqları sağlam saxlayır, onları təmizləyir, toksinləşməyə qoymur.

5.Dəri, saçlar və dırnaqları möhkəmlədir


Sink, A -B vitamini dırnaq, saçları bərpa edir, parladır. Kalsium isə dişləri, sümükləri bərkidir. Rutin təbii gündənqorunma funksiyasını yerinə yetirir.

6. Sakitləşdirir, əhvalı qaldırır


Depressiya, nevroz, əsəbilikdə psixoloji vəziyyəti düzəltmək, sakitləşmək üçün tez-tez qarabaşaq yemək lazımdır. Qorxulu kabus yuxuları görənlərə də kömək edir.

7.Arıqladır


100 qram suda bişmiş qarabaşaqda cəmi 110 kkal vardır. Bu kifətdir ki, uzun müddət tox və enerjili qalasız. Qarabaşaq sidikqovucudur, bədəndə maye yığılmasına qarşıdır. Səhərlər qarabaşaq sıyığı yeməklə, 10 kq çəki ata bilərsiz./medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar