Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Peyvəndlərdən imtina edənlərin sayı niyə artır?

Tarix: 22-06-2019 23:27     Baxış: 2229 A- / A+
Peyvəndlərdən imtina edənlərin sayı niyə artır?


Ötən əsrdə peyvəndlər on milyonlarla insanı ölümdən xilas edib, amma bu gün dünyanın bir çox ölkələrində mütəxəssislər vaksinasiyadan imtina tendensiyası müşahidə edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu durumdan o qədər narahatdır ki, 2019-cu ildə problemi dünya səhiyyəsinə ən böyük on təhlükə siyahısına daxil edib.

"Wellcome Trust" təşkilatı dünyadakı vaksinasiyayla bağlı 142 ölkədən 140 min adamın cəlb edildiyi çox böyük bir araşdırma aparıb.

Peyvəndi kim icad edib?

Peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəliydi.

Hər il milyonlarla insan müalicəsi mümkün olan xəstəliklərdən ölürdü.

Peyvəndin ilk formasını X əsrdə Çində icad ediblər.

Bu, variolyasiya adlanan üsuluydu - immuniteti gücləndirmək üçün sağlam insana çiçək qabarcıqları yeridirdilər.

Səkkiz əsr əvvəlsə britaniyalı həkim Edward Jenner müşahidə etmişdi ki, sağıcı qadınlar tez-tez inək çiçəyinə yoluxurlar, amma ölümcül qara çiçəyə onlarda nadir hallarda rast gəlinir.

Qara çiçək son dərəcə yoluxucu infeksion xəstəlikdir, o vaxt bu xəstəliyə yoluxulanların üçdə biri həyatını itirirdi.

Peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəliydi

Digərlərisə ya kor olur, ya da ömrünün sonuna kimi çapıqlarla yaşayırdı.

1796-cı ildə Jenner səkkiz yaşlı James Phipps üzərində təcrübə aparır.

O, pasientə inək çiçəyi ştammı yeridir və tezliklə oğlanda xəstəliyin əlamətləri yaranır.

James Phipps sağalandan sonra Jenner ona qara çiçək virusunu peyvənd edir, amma bu dəfə uşaq xəstələnmir: inək çiçəyi onun immunitetini möhkəmləndirmişdi.

1798-ci ildə bu eksperimentin nəticələri dərc olunur və "vaksina" sözü meydana gəlir ("vacca" latın dilində "inək" deməkdir).

Vaksinasiyanın başlıca uğurları hansılardır?

Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərini azaltmağa kömək edib.

1960-cı illərdə qızılcaya qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü.

ÜST-nin məlumatlarına görə, 2000-2017-ci illər aralığında qızılca ölümlərinin sayı 80 faiz azalıb.

Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomelit xəstəliyinin qurbanı olurdu - bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomelit tamamilə yox olub.

Nə üçün insanlar vaksinasiyaya qarşı çıxırlar?

Peyvəndin ilk formasını X əsrdə Çində icad ediblər

Vaksinlərə qarşı üsyan yeni peyvəndlər icad olunandan dərhal sonra başlayıb.

Əvvəlcə insanların şübhəsini dini motivlərlə izah edirdilər - çoxları hesab edirdi ki, vaksinlər murdardır və ya şikayətlənirdilər ki, onları seçmək hüququndan məhrum edirlər.

XIX əsrin əvvəllərində Britaniyada alternativ müalicə üsullarını, məsələn, pasientlərin izolyasiyasını təbliğ edən antivaksin liqaları yarandı.

1870-ci illərdə vaksinasiya əleyhdarları ABŞ-da da peyda oldu - briyaniyalı aktivist William Tebb bu ölkəyə gedəndən sonra.

Ən yeni tarixin antivaksinasiya hərəkatının əsas fiqurlarından biri londonlu həkim Andrew Wakefield idi.

1998-ci ildə dərc etdirdiyi hesabatda o, autizmi və bağırsaq xəstəliyini səhvən MMR vaksiniylə əlaqələndirdi.

MMR - qızılcaya, parotitə ("svinka"ya) və məxmərəyə qarşı uşaqlara vurulan qarışıq vaksindir

Andrew Wakefield-in iddiaları təkzib edildi və onun adı Britaniyanın tibbi qeydiyyat siyahısından çıxarıldı, buna baxmayaraq onun açıqlamasından sonra uşaqları peyvənd etdirməkdən kütləvi imtina halları yarandı.

Təkcə 2004-cü ildə Britaniyada 100 min uşaq MMR peyvəndindən kənarda qaldı. Bu, ölkədə qızılca xəstəliyinin artmasıyla nəticələndi.

Peyvənd mövzusu geniş miqyasda siyasiləşdi. Məsələn, İtaliyanın daxili işlər naziri Matteo Salbini elan etdi ki, o da vaksinasiyaya qarşı çıxanlardandır.

ABŞ prezidenti Donald Trump-sa heç bir sübut gətirmədən vaksinasiyanı autizmlə əlaqələndirmişdi, amma bu yaxınlarda valideynlərə səslənərək övladlarını peyvənd etdirməyi məsləhət gördü.

Vaksinasiyaya münasibətlə bağlı beynəlxalq araşdırma göstərir ki, dünyada vəziyyət ümumən müsbətdir, amma Avropada, ilk növbədə Fransada peyvəndlərə etimad səviyyəsi hələ ki, aşağıdır.

Risk varmı?

Əhalinin böyük hissəsinin peyvənd olunması xəstəliklərin yayılmasına mane olur və bu, zəif immunitetli, o cümlədən, peyvənd olunmayan insanları da yoluxmalardan qoruyur.

Buna kollektiv immunitet deyilir, o pozulanda daha çox insanın xəstələnməsi riski yaranır.

Kollektiv immunitetin qorunması üçün peyvənd olunmalı insanların sayı xəstəliyin növünə görə dəyişir. Məsələn, qızılca üçün bu rəqəm 95 faiz təşkil edir, daha az yoluxucu olan poliomielit üçün - 80 faizdən çox.

Keçən il Brookly-nin yəhudi icması vaksinləri yanlış olaraq autizimlə əlaqələndirən vərəqəllər yaymışdı.

ABŞ-da son onilliklərdə baş vermiş çox böyük qızılca epidemiyasında da bu cəmiyyətin adı hallanmışdı.

İngiltərənin baş həkimi ötən il xəbərdarlıq etmişdi ki, çox sayda insan vaksinlərlə bağlı sosial şəbəkələrdən yanlış informasiyalar alır. Amerikalı alimlər Rusiyadan olan internet-botların vaksinlərlə bağlı doğru olmayan məlumatlar yaydığını bəyan etmişdilər.

ÜST-nin məlumatına görə, son illərdə dünya üzrə lazımi peyvəndlərə cəlb edilən uşaqların say nisbəti dəyişməyib və 85% təşkil edir.

Təşkilatın ekspertləri bildirirlər ki, hələ də peyvəndlər hər il iki-üç milyon arası ölümün qarşısını alır.

Vaksinasiyayla bağlı ən pis vəziyyət hərbi münaqişələrin olduğu və səhiyyə sisteminin inkişaf etmədiyi ölkələrdədir. Məsələn, Əfqanıstan, Anqola və Konqo Demokratik Respublikası kimi.

ÜST-yə görə, daha bir problem inkişaf etməkdə olan ölkələrdə əhalinin arxayınçılığıdır. Başqa sözlə - insanlar bu xəstəliklərin zərərini unudublar.

Mənbə: BBC

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar