Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Broyler toyuğu alanda bunlara diqqət edin

Tarix: 22-06-2019 21:49     Baxış: 3229 A- / A+
Broyler toyuğu alanda bunlara diqqət edin

Ölkəmizdə ət və ət məhsulları içərisində toyuq ətinə xüsusi tələbat var. Broyler toyuğu alarkən hər bir istehlakçı diqqətli olmalıdır. Təzə və dondurulmuş broyler toyuğu alarkən xarici görünüşünə diqqət etmək vacibdir.


Manevr.az[/color e-tibb.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu məlumat açıqlayıb.

Qeyd olunub ki, toyuğun dərisinin səthi qüsursuz olmalı, qan ləkəsi, qızartı, qara, qəhvəyi rəngdə ləkə, çil, epidermisin xallanması, yanmış forması olmamalıdır.

Üzəri quru, təmiz olmalı, yapışqan, selikli olmamalıdır. Bundan əlavə, ətin spesifik qoxusuna, rənginə diqqət etmək lazımdır. Ətin qablaşdırılması əzilmiş, zədələnmiş və cırılmış, qabda qan yığını, qırmızı buz kristalları olmamalı, mayeni çəkməsi üçün xüsusi döşəkcik yerləşdirilməlidir.

Üzərində barkodu, əmtəə nişanı, məhsulun adı, istehsal və son istifadə tarixi, standartın nömrəsi, istehsalçı müəssisənin adı aydın şəkildə qeyd olunmalıdır.

İstehsal sahəsindən alıcının mətbəxinə qədər soyuq zəncirin tələbləri gözlənməlidir. Yəni istehsal olunduğu yerdə, daşındığı maşında və satıldığı ticarət obyektində soyuducuda saxlanmalıdır.

Dondurulmuş toyuq tam dondurulmuş vəziyyətdə, - 18 dərəcə temperaturda saxlanılmalıdır.

Alıcılar məhsul alarkən ticarət obyektlərindən sertifikatının olub-olmadığını tələb edə bilərlər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar