Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Sarı qızdırma" tüğyan edir - XƏBƏRDALIQ EDİLDİ

Tarix: 13-06-2019 21:30     Baxış: 3354 A- / A+
"Sarı qızdırma" tüğyan edir - XƏBƏRDALIQ EDİLDİ


Ötən il Macarıstanın on beş sakini ağcaqanadların yaydığı "sarı qızdırma"dan ölüb. Manevr.az medicina.az-a istinadən bildirir ki, bu yaxınlarda Macarıstanda yayılmağa başlayan "sarı qızdırma" və ya Qərbi Nil qızdırması ilk dəfə 1937-ci ildə Uqandada qeydə alınmış ölümcül xəstəlikdir.

1999-cu ildə virus ilk dəfə Birləşmiş Ştatlar ərazisinə gətirilib və 2000-ci illərin əvvəllərindən başlayaraq artıq bütün dünyaya yayılıb. Macarıstan Milli Səhiyyə Xidmətinin məlumatına görə, son beş ildə ölkədə bu xəstəliyə yoluxanların sayı kəskin artıb.Məsələn, 2014-cü ildə yalnız 14 adama "Qərbi Nil qızdırması" diaqnozu qoyulduğu halda, ötən il belə diaqnozların sayı artaraq 225-ə çatıb. İki əvvəl bu ölümcül xəstəlikdən dörd adam, ötən il 15 adam dünyasını dəyişib.

Ekspertlərin fikrincə, bu xəstəliyin Macarıstanda yayılmasının səbəbi ziyanvericilərə qarşı mübarizənin yetərincə aparılmaması və nəticədə ölkədə ağcaqanadların populyasiyasının xeyli çoxalması ilə bağlıdır.

Ötən il qışda havalar kifayət qədər soyuq keçməyib, yazda isə güclü yağışlar yağıb. Ekspertlər xəbərdarlıq edirlər ki, əvvəlcə ağcaqanadların sürfələrini, sonra özlərini məhv etmək lazımdır. Bunun üçün sürfələrin ağcaqanada çevrildiyi su hövzələri üzərinə təyyarədən kimyəvi preparatlar səpilməlidir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar