Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xurmanın qabığında çatlar varsa, soyulursa...

Tarix: 08-06-2019 23:27     Baxış: 4360 A- / A+
Xurmanın qabığında çatlar varsa, soyulursa...


Xurma yağlı və üstü ləkəli olmamalıdır.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Məhbubə Hasilova bildirib.

Mütəxəssisin xurma barədə məqaləsini təqdim edirik:

İlin hər fəslində xurma yeyilir. Tərkibində insan orqanizmi üçün faydalı qida lifləri olan xurma ideal qida vasitəsidir. Xurmanın tərkibində 15 mineral maddə var və A, B1, B3, B6, B12, C, D, E vitaminləri ilə zəngindir. Bir çox xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Gün ərzində uşaqların 3, böyüklərin isə maksimum 7 ədəd xurma qəbul etməsi onların günlük mineral və vitaminlərə tələbatlarının bir qismini təmin edir.

Manevr.az e-tibb.az-a istinadən bildirir ki, xurma beta-karotinlə zəngindir. Beta-karotin hüceyrələrə mənfi təsir göstərən maddələri tənzimləyərək, xərçəngin yaranmasının qarşısını alır. Araşdırmalar nəticəsində xurmanın antioksidant təsirə malik olduğu üzə çıxıb.

Antioksidantlar damarların tıxanmasının, xərçəngin və tez qocalmanın qarşısının alınmasında faydalıdır.

Xurmanın tərkibində olan B1 və B2 vitaminləri qaraciyərin fəaliyyətinin yaxşılaşmasında və sinir yorğunluğunun aradan qaldırılmasında xüsusi rol oynayır.

Xurmanın tərkibindəki maddələr metabolizmi (maddələr mübadiləsini) yaxşılaşdırır, insanların tez sağalmasına kömək edir.

Xurma insanı tez doyduran və gümrah saxlayan qidalardan biridir.

Araşdırmalara görə, xurmadan daimi istifadə edən insanların mədə-bağırsaq sistemi daha sağlam olur. Xurma alarkən bir sıra xüsusiyyətlərə diqqət edilməlidir.

Əgər xurma lətli və şirəlidirsə, onun xarlanmamasına diqqət etmək lazımdır.

Əgər xurma qurudursa, bu zaman onun içinin qurdlanıb-qurdlanmamasına və həddindən artıq quru olmamasına diqqət yetirilməlidir.

Xurma nə bərk, nə də çox yumşaq olmalıdır.

Qabığında çatlar varsa, qabığı soyulursa, bu o deməkdir ki, xurma süni üsullarla qurudulub. Belə xurmanı almaq məsləhət görülmür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar