Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur dermatoloq yay aylarında qaşıntını dərhal kəsən üsulları açıqladı

Tarix: 08-06-2019 09:38     Baxış: 3394 A- / A+
Məşhur dermatoloq yay aylarında qaşıntını dərhal kəsən üsulları açıqladı

Yayın gəlişi ilə ağcaqanad, milçək, birə və digər həşəratların artması və sancması nəticəsində qaşıntı problemi hər kəsdə narahatlıq yaradır.

Manevr.az xəbər verir ki, məşhur dermatloq Yeliz Erdemoğlu yay aylarında qaşınma problemi ilə həkimə müraciət edən xəstələrin sayının artdığını deyib. O, qaşıntının dəri quruluğundan, allergiyaya, eqzamadan, yetərsiz bəslənməyə, göbələkdən daxili xəstəliklər və ya psixoloji problemlərə qədər bir çox səbəbi olduğunu bildirib:

“Bir çox səbəb nəticəsində mərkəzi sinir sistemindən çıxan periferik sinir sistemi vasitəsilə dəridə qaşınma hissi başlayır. Qaşıntı beyində serotonin hormonu ifraz edərək fərdi rahatlatmaqla birlikdə, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda və bu vəziyyət dözülməz çətinliyə çevrilə bilər. Qaşıntı səbəbini araşdırarkən, xəstənin izahatları diaqnoz üçün əhəmiyyətli ipucları verir. Diaqnoz qoyularkən qaşıntının gecə və ya gündüz şiddəti, xəstənin arıqlaması və ya psixoloji vəziyyəti kimi bir çox faktor nəzərə alınmmalıdır".

Erdemoğlu qaşıntını azaldan bəzi üsullar təklif edib.

Sancılan nahiyəni ilıq su ilə yuyub nəmləndirici çəkin.

Çox isti su ilə duş qəbul etməyin.

Dəri təmizliyində kisə və lifdən uzaq olun.

Odekolon və nəmləndirici salfet kimi kimyəvi maddələrin yaraya təmas etməsindən qaçın.

Sintetik paltarlar geyinməyin.

Paltarları yuyarkən yumşaldıcı istifadə edin.

Otaq temperatru və nəm balansına diqqət edin.

Sizi tərlədən ünsürlərdən qaçın.

Stressi idarə etməyə çalışın.

Gündə ən az 5-6 stəkan su için.

Sağlam qidalanın, xüsusilə A, D, E, K vitaminləri ehtiva edən tərəvəz və göyərtilərə üstünlkü verin.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar