Xəbər lenti
Mütəxəssislərdən ŞOK XƏBƏRDARLIQ: - Meyvə, tərəvəzi, qarpızı və lobyanı...
“Reader's Digest” dərgisi qida təhlükəsizliyi mütəxəssislərinin açıqladığı istifadə olunmadan əvvəl mütləq şəkildə yuyulması vacib olan qidaların siyahısını yayımlayıb.
Manevr.az həmin siyahını təqdim edir:
Dənli bitkilər
Səhiyyə və təhlükəsizlik araşdırmaçısı Ketlin Hoff dənli bitkilərin çiy suda və ya ət suyunda yumuşaldılmasından əvvəl mütləq yuyulmasının lazım olduğunu deyib: “Düyü, arpa kimi dənli bitkilərdə nişasta, çirk və mikrob yığılır. Buna görə də bişirilməzdən öncə soyuq su ilə yuyulmalıdır”.
Avokado
Yuyulmamış avokado qabığında böcək dərmanı və paketləmə, ixrac prosesləri zamanı keçən başqa mikroblar ola bilər. Buna görə də mütləq şəkildə yuyulmalıdır.
Qarpız
Mütəxəssislər bildirir ki, qabığı yeməli olmasa da, qarpız da yuyulmalıdır. Üstəlik, dadına baxmaq üçün kəsilən qarpızlardan uzaq durmaq lazımdır. Ancaq salmonella və listeriya adlı bakteriyalar qarpız qabığında yaşaya bilər. Məhsul kəsildiyi zaman bu bakteriyalar yeyilən qisimlərə keçə bilər. Bunun qarşısını almaq üçün qarpız yuyularkən sərt dişli fırçalardan istifadə etmək lazımdır.
Konservləşdirilmiş lobya
Hoff bildirir ki, konservləşdirilmiş lobyanı birbaşa tavaya atmaq təhlükə siqnalıdır. Lobya duzu və başqa ədvaları öz üzərində saxlaya bilir. Buna görə yuyularaq təmizlənməlidir.
Qabıqlı dəniz məhsulları
Qabıqlı dəniz canlılarının içi yeməli olsa da, qabığının üzərindəki bakteriyalar təhlükəlidir. Bu səbəbdən, bu canlıları yeməzdən əvvəl üzərindəki qumun və çirkin yuyulması vacibdir.
Meyvə və tərəvəz
Çiy və ya bişmiş yeyilməsindən asılı olmayaraq gündəlik istifadə olunan bütün meyvə və tərəvəzlər yuyulmalıdır. Mütəxəssis Kazey Seyden bildirir ki, sirkə və duz kimi özəl şeylərdən istifadəyə gərək yoxdur. Məhsulları təmiz su ilə yumaq kifyaət edir.
Cəfəri
Cəfəri ən çirkli göyərti hesab olunur. Aşpaz Kristian Souvenir cəfəri ilə yanaşı, keşniş, nanə və reyhanı uzun müddət soyuq suda yuyulmasının lazım olduğunu bildirir.
Göbələk
Göbələklər kiçik süngər kimidir. Böyüdükcə daha çox çirk toplayırlar. Bu da onları yumağın əsas səbəblərindən biridir. Texasda yerləşən bir restoranın şefi Tanner Aqar tövsiyə edir ki, böyük bir qabı su ilə dolduraraq göbəlkələrin həmin suyun içində üzməsinə şərait yaradın. Daha sonra suyu çalxalayın və çıxan çirklərin qabın dibinə çökməsini izləyin.
Və əlləriniz...
Məhsulları, qabları, yumurtaları və digər qidaları təmizləyə bilərsiniz, amma əlləriniz mikrobları, bakteriyaları və virusları hər yerə asan şəkildə bulaşdıra bilər. Bunun qarşısını almaq üçün iş görməzdən əvvəl mütləq əllərinizi isti su ilə yarım dəqiqə yumalısınız.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar