Xəbər lenti
Azərbaycanda 1 yaşadək uşaqların ÖLÜM SƏBƏBLƏRİ açıqlanıb
Azərbaycanda 1 yaşadək olan uşaqların sayı açıqlanıb.
Manevr.az-ın məlumatına görə, 2018-ci ildə Azərbaycanda 1 yaşadək 1547 uşaq dünyasını dəyişib. 2017-cı ildə ölkədə 1700, 2016-cı ildə 1666 uşaq, 2015-ci ildə isə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.
1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1001 (2017-ci ildə 1028, 2016-cı ildə 1090 uşaq) körpə dünyasını dəyişib.
Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur. Bu səbəbdən ötən il 140 (2017-ci ildə 235, 2016-cı ildə 173 körpə) uşaq ölüb.
Ötən il anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 147 (2017-ci ildə 155, 2016-cı ildə 151 körpə), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 (2017-ci ildə 12, 2016-cı ildə 7) körpə dünyasını dəyişib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar