Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqladı

Tarix: 26-05-2019 18:51     Baxış: 3205 A- / A+
Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqladı

"Stress hәyatın istәr-istәmәz bir parçasıdır. Ramazan ayında aclıq hissi ilә bәrabәr stressli hallar daha da arta bilәr. Orqanizm streslә mübarizә aparmaq üçün kortizol hormonu ifraz edir, ancaq daima bu hormonun yüksәk olması insanda yemәk istәyini artırır, qadınlar isә әsasәn karbohidrat qidalara vә şirniyyatlara meylli olduqları üçün bu, çәkinin artmağına vә başqa problemlәrә yol açır. Bu sәbәbdən Ramazan ayında qidalanmamıza diqqәt etmәliyik".
Manevr.az e-tibb.az-a istinadən bildirir ki, bunu uzman həkim, nevroloq Nərgiz Ağayeva bildirib. Mütəxəssis deyib ki, enerji verәn, stressi azaldan qidalar istifadә etmәklә orqanizmә dәstәk ola bilәrik.

Bəs həmin qidalar hansılardır?

1. Qulançar - әtri spesifik olsa da, fol turşusu ilә çox zәngin olduğu üçün rahatladıcı bitkidir.

2. Avokado - çox güclü vә faydalı olan glutation antioksidantı ilә zәngindir. Eyni zamanda orqanizmi lutein antioksidantı ilә tәmin edir. Beta karotin ilә zәngin olduğu üçün qaraciyәrdә yığılaraq ehtiyac olduqda A vitamininә çevrilә bilir. B qrupu vitaminlәri, vitamin E, fol turşusu ilә çox zәngindir vә gün әrzindә bir iki dilimi kifayәtdir.

3. Qaragilә - güclü olan antosian antioksidantı ilә zәngindir. Diqqәt dağınıqlığına qarşı çox faydalıdır. Çiyәlәk, böyürtkәn, moruq C vitamimi ilә zәngindir vә diqqәt problemi olanlar üçün çox faydalıdır.

4. Keşyu - protein vә yağ ilә çox zәngindir, ancaq istifadә etdikdә miqdarı mәhdud olmalıdır. Sink elementinin mәnbәyidir. Orqanizmdә sinkin sәviyyәsinin azalması depressiv hallara sәbәb olur. Orqanizmin sink ehtiyatları olmadığı üçün gün әrzindә müәyyәn miqdarda keşyu yemәk çox faydalıdır.

5. Çobanyastığı çayı - yatmazdan əvvəl sakitləşdirici bir vasitədir. 10 dəqiqə qaynar suda dəmləndikdən sonra TV, telefon və s. cihazları söndürüb içmək rahatlamağınıza səbəb olar.

6. Qara şokolad qan təzyiqini salır və rahatladıcı bir təsirə malikdir. Bunun səbəbi şokoladda 2 vacib antioksidantın mövcud olmasıdır. Həftədə bir dəfə rahatlıqla qara şokolad yeməklə çəkinizə zərər verməzsiniz.

7. Sarımsaq - güclü antioksidant mənbəyidir və təbii antibiotik hesab olunur. İmmun sistemini gücləndirir. Tərkibindəki alisinə görə soyuqlamadan başlayaraq ürək xəstəlikləri və xərçəngə qarşı təsirli bir məhsuldur. Stressin əsas fəsadı immun sisteminin zəiflətməsidir və sarımsaq immuniteti yenidən gücləndirə bilən məhsuldur.

8. Otla qidalanan dana əti. Təbii otla qidalanan dananın əti taxılla qidalanan heyvana görə C, E vitamini, beta karotin və antioksidantlarla daha zəngindir. Hormonsuz, kimyəvi qatqısız olan ətlərdə yağın səviyyəsi az olması ilə bərabər Omeqa-3 iki-dörd dəfə çox olur.

9. Yaşıl çay - tərkibində teanin adlı amin turşusu mövcuddur. Zehni fəaliyyəti, beyni gücləndirən və arıqlamağa səbəb olan içkidir. Gündə iki fincan içmək tövsiyə olunur.

10. Yulaf - insanın fərəh hiss etməsinə səbəb olan serotonin ifrazına yardımçı olur. Serotonin sadəcə, antioksidant deyil, stressli vəziyyətlərə qarşı mübarizədə kömək edir. Başqa taxıl məhsulları ilə müqayisədə beta qlüteinlə daha zəngindir.

11. Portağal - C vitaminin ehtiyat mənbəyidir. Xərçəngə qarşı müsbət təsiri olduğu və artıq dozalarda yeyildikdə çox az əks təsiri olan bu meyvənin dəyərini daha da artırır.
12. Dəniz ilbizi - əsasən afrodiziak kimi tanınan bir qidadır. Ancaq sink elementi ilə də çox zəngin olduğunu qeyd etmək lazımdır.
13. Qoz - zehni inkişafa böyük təsir göstərdiyini bilirik və yaddaşın zəifləməsinə qarşı çox faydalıdır. Omeqa-3, alfa-linol turşusu və başqa polifenollarla zəngindir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar