Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Böyrəyində problem olanlar, DİQQƏT! – BU YAZI SİZİN ÜÇÜNDÜR

Tarix: 23-05-2019 21:30     Baxış: 3279 A- / A+
Böyrəyində problem olanlar, DİQQƏT! – BU YAZI SİZİN ÜÇÜNDÜR

Ramazanda ayında oruc tutanlar su və digər mayeləri normadan az qəbul edirlər. Orqanizmə daxil olan maye azlığı da müəyyən problemlərə yol aça bilir.

Manevr.az medicina.az-a istinadən bildirir ki, urologiya üzrə uzman doktor Cem Şah bildirib ki, dializ xəstələri su qəbul etməyə və qidalanmaqlarına hər zaman xüsusi diqqət etməlidirlər:
"Normal vəziyyətdə uzun zaman susuzluğa qarşı orqanizmdə balans yaratmaq mümkündür. Lakin dializ xəstələrində bu, qəliz məsələdir. Bu xəstələrdə böyrəklərin çalışmaması səbəbi ilə maye yığılır və müxtəlif problemlərə təkan verir. Yığılan əlavə maye ödəm və ürək çatışmazlığı ilə nəticələnir. Dializ müalicəsi alan xəstələr oruc tutacaqlarsa, mütləq həkim nəzarətində olmalıdır. Diabet və ürək çatışmazlığı olanlar da bu qəbildəndir. Oruc tutmaq səhhətlərində ağırlaşma və yaxud başqa problemlər yaradırsa, oruc tutmaqları məsləhət deyil".

Böyrək daşı üçün limonat

Ramazanda az su içmək böyrək daşı riskini artırır. Həkimin sözlərinə görə, buna qarşı ən yaxşı tədbir imsaqda və yaxud iftarda bol maye qəbul etməkdir:
"Daş və qum yaranmasının qarşısını alan təbii içkilər için. Sitral əleyhinə olan meyvələrdən olan limon ilk yerdə durur. Bu maddə böyrək xəstəliklərinə qarşı istifadə edilir. Ona görə də limonat hazırlayıb içə bilərsiniz".

Hər insanın sidik kanalında müəyyən miqdarda mikrob olduğunu qeyd edən uzman həkim bol maye məsləhət görür:

"Normal şəraitdə sidik kanallarından bol maye keçdikdə (sidiyə çıxdıqda) mikrobların toplanması mükün olmur. Lakin maye az qəbul edildikdə mikroblar artır. Xüsusi ilə qadınlarda az maye qəbulu ciddi sidik yolları infeksiyasına təkan verir. Əgər bu istiqamətdə probleminiz varsa, oruc tutmaqdan çəkinin və ya mütamadi olaraq həkim nəzarətində olun".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar