Sizin Reklam Burada
Xəbər lenti
02-11-2026
01-11-2026
BÜTÜN XƏBƏRLƏR

Kor bağırsağın olmaması bu xəstəliyin əmələ gəlməsinə səbəb olur

Tarix: 21-05-2019 07:49     Baxış: 2324 A- / A+
Kor bağırsağın olmaması bu xəstəliyin əmələ gəlməsinə səbəb olur

Keyz Qərb Universitetinin və "Klivlend Universitet Klinikası" Mərkəzinin alimləri belə qənaətə gəliblər ki, kor bağırsağın olmaması orqanizmdə Parkinson xəstəliyinin əmələ gəlməsinə səbəb olur.

Tədqiqatçılar Parkinson xəstəsi olan 62 milyon insanın xəstəlik tarixçəsini araşdırıb. Məlum olub ki, kor bağırsağın kəsilib çıxarılması proseduruna məruz qalan şəxslər arasında Parkinsona 3 dəfə çox rast gəlinib.

Alimlər kor bağırsağı kəsilmiş 488 min pasientə Parkinson xəstəliyi diaqnozu qoyublar. 4,7 min adam kor bağırsaq əməliyyatından sonra Parkinsona tutulduğunu deyib.

Tədqiqatçılar o qənaətə gəliblər ki, kor bağırsağı kəsilməyən şəxslərdə Parkinson xəstəliyinin əmələ gəlmə riski 0,29%-dir. Lakin kor bağırsağını kəsdirmiş şəxslərdə bu risk 0,92% artır.

Qeyd edək ki, Parkinson xəstəliyi hərəkət pozğunluğu ilə müşayiət olunan mərkəzi sinir sistemi xəstəliyidir. Bu xəstəlik mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Xarakterik xüsusiyyətləri hərəkətin ləngliyi, əsmə, refleks pozğunluğudur. Bu xəstəliyə insanlar əksər hallarda 57 yaşından sonra tutulur. Təhlükəli xəstəliklər qrupuna aiddir.sputnik.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar