Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

QIRMIZI KƏLƏMİN FAYDALARI

Tarix: 16-05-2019 12:08     Baxış: 3290 A- / A+
QIRMIZI KƏLƏMİN FAYDALARI


Hər zaman yaşıl kələmdən istifadə edib, ancaq onun faydalarını öyrənməyə çalışmışıq. Ancaq qırmızı kələmin faydaları yaşıl kələminkindən çoxdur. Bu gün sizlərlə qırmızı kələmin faydalarını bölüşürəm.

Bəlkə də bəziləriniz bu xəbəri oxuyandan sonra, tez qırmızı kələm axtaracaqsınız. İnanın ki, düz etmiş olarsınız.
Qırmızı kələm demək olar ki, tam bir vitamin kompleksidir. Kələm A, B, E, C və s. vitaminlərlə yanaşı, həm də kalsium, kükürd, maqnezium, mis və dəmirlə də olduqca zəngindir. Həmçinin, qədim zamanlarda bəzi xəstəlikləri qırmızı kələmin vasitəsi ilə sağaldarmışlar. Qırmızı kələmin şirəsi daxili təmizləyir və dəridə olan bəzi xəstəlikləri aradan qaldırır.

Yarım stəkan - qara kələmin şirəsi
Yarım çay qaşığı - bal

Bunları bir-birinə qarışdırıb, hər səhər yeməkdən yarım saat qabaq içmək orqanizmə çox xeyirlidir. Bu məlhəm orqanizmi gücləndirir və mikroblarla mübarizə aparır.Bu kələmi həmçinin qurudub saxlamaq da mümkündür. Qurudulmuş kələmdən bütün yeməklərdə istifadə edə bilərsiniz.
Qırmızı kələmin faydaları:

Sümükləri və diş ətini möhkəmləndirir.
Bədəndə zəhərli maddələri yox edir.
Qan azlığını aradan qaldırır.
Bağırsaq qurdlarını məhv edir.
Mədə və bağırsaq xəstəliklərinə yaxşı təsir edir.
İştah açır, dil və ağızdaki mikrobları öldürür.
Bəzi bədəndə olan çatları aradan qaldırır.
Qanda şəkəri nizamlayır.
İmmun sistemini gücləndirir.
Bir sözlə, qırmızı kələmin faydalarını saymaqla bitirmək olmaz. Yeməklərdə və salatlarda qırmızı kələmdən istifadə edərək aliənizə sağlamlıq, yeməklərinizə isə dad vermiş olarsınız.
Hər birinizə sağlam həyat arzulayıram...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar