Xəbər lenti
Xərçəngə qarşı qalxan - Mədə və həzm sistemi üçün məlhəm

Zeytunun necə faydalı bitki olduğu hər kəsə məlumdur. Uzun ömür üçün həkimlər qida rasionuna zeytun yağının əlavə edilməli olduğunu məsləhət görürlər.
Manevr.az medicina.az-a istinadən bildirir ki, türk dietoloqu Serap Güzel zeytun yağının faydalarından bəhs edib. Sağlıq üçün vacib olan bitki yağlarından istifadənin üstünlüyünü vurğulayan dietoloq zeytunun möcüzə olduğunu bildirib. Onun sözlərinə görə, A və E vitamini ilə zəngin olan zeytun immun sistemini gücləndirərək xəstəliklərə qarşı bədəni daha güclü edir."Həzmi asan olduğundan mədə və həzm sistemi üçün qoruyucu məlhəm hesab edilir. Araşdırmalar zamanı zeytunun xərçəng xəstəliyinə qarşı qalxan rolu oynadığı təsdiqlənib", - deyə S.Güzel bildirib.
Qeyd edək ki, zeytun həmçinin tərəvəzlərlə birlikdə yeyilə bilər. Tərəvəzlərin kalorisi az olduğundan zeytun yağı ilə birlikdə qəbulu problem yaratmaz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar