Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan içsəniz… - Soğan suyu nələrə qadirdir?

Tarix: 12-05-2019 22:55     Baxış: 3287 A- / A+
Yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan içsəniz… - Soğan suyu nələrə qadirdir?

Soğan mətbəximizin vazkeçilməz tərəvəzlərindəndir. Demək olar ki, əksər yeməyin hazırlanmasında, bəzi salatlarda soğandan istifadə olunur. Soğan dadlı olmaqla yanaşı, həm də çox faydalıdır. Tərkibində B, C və A vitamini, yod, silis, fosfor, kükürd kimi maddələr, antibiotik funksiyası yerinə yetirən tərkiblər və həzmi rahatlaşdıran fermentlər var.

Soğan yeyilən ölkələrdə xərçəng riskinin az olduğu təsbit edilib.Bəs soğan suyunun sağlamlıq baxımından nə qədər faydalı olduğunu bilirdinizmi? Bu dəfə sizə soğan suyunun xeyirli tərəflərini sadalayacağıq.

Manevr.az tibb.az-a istinadən bildirir ki, ilk növbədə, onu qeyd edək ki, soğan suyu arıqlamaq üçün ən təsirli qarışımlardan biridir. O, metabolizmi sürətləndirərək, bədəndə yaranan yağlanmanı azaldır və arıqlamağa kömək edir. Ondan pəhriz və məşq proqramlarında çox istifadə edilir.

Soğan suyu içmək mioma, polikistoz yumurtalıq sindromu, xoşxassəli prostat böyüməsi, tük çevrilməsi, hamilə qalma, menopauza kimi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilən xalq təbabəti üsullarından biridir.
Faydaları:

- Həzmi tənzimləyir
- Dəridə çıxan sızanaqlara müalicəvi təsiri var
- İmmun sistemini gücləndirir
- Bədəndəki yağlanmanı azaldır, arıqlamağa kömək edir
- Stress yox edən, bəlğəm dağıdıcı keyfiyyəti var

- Tərkibindəki sulfoid sayəsində antibiotik xüsusiyyəti var

- Qadınlarda endometrioz və miomanın yaranmasına qarşı müalicəvi təsiri var
- Yumurtalıqda polikistoz sindromunun müalicəsində faydalıdır
- Menstruasiya pozğunluğunu qaydaya salır
- Menopauza şikayətlərini azaldır
- Vaginal axıntıları azaldır

- Tük qatlanmalarında faydalıdır
- Hamilə qalmaq istəyənlərə köməyi olur (yumurtalıqda folikulu yetişdirir)
- Prostat iltihablarını azaldır
- Sinusit probleminin qarşısını alır
- Cinsi problemlərin ən mükəmməl həllidir

Hazırlanması:

Qəhvəyi və ya ağ nazik qabıqlı baş soğandan istifadə edin. Qırmızı, bənövşəyi qabıqlı soğan seçməyin, bunların təsiri olmur. Soğan qabığının quru və təzə olması vacibdir.
Əvvəlcə soğanı yuyun. Bir qazanın içərisinə 2 stəkan su əlavə edib qaynadın. Qaynadıqdan sonra baş soğanı 4 hissəyə bölərək, suyun içərisinə qoyun. 5 dəqiqə qaynatdıqdan sonra ocaqdan götürün. Məqsədiniz arıqlamaqdırsa, gündə 3 dəfə -yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan için. Bu qarışım iştahanızı kəsərək daha az yemək yemənizə şərait yaradacaq, həm də metabolizmi sürətləndirəcək.Soğan suyunun faydasına tam nail olmaq üçün ən az ayda 15 gün içilməlidir. Hazırlanmış suyu ilıq olaraq için.

Hamilə qalmaq istəyənlər isə menstruasiya bitəndən sonra 7 gün səhər acqarına və axşam yatanda bu qarışımı için. Növbəti menstruasiyadan 10 gün əvvəl yenidən 5 gün və ya 7 gün için. Faydasını mütləq görəcəksiniz.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar