Xəbər lenti
40 günə arıqlamaq istəyənlərə MÜJDƏ: hər gün bütöv sarımsaq udmaqla...
Son zamanların ən çox müzakirə edilən arıqlama metodlarından biri sarımsaq udmaqdır. Müzakirələr isə sarımsağı udmağın? yoxsa çeynəyərək yeməyin daha faydalı olması ətrafında gedir.
Manevr.Az xəbər verir ki, xolestrol, damar tıxanıqlığı və təzyiq kimi problemlərin çarəsi olan sarımsaq olduqca faydalı bitkidir. Bununla yanaşı, həm də artıq çəkinin itirilməsində əhəmiyyətli rol oynayır. Bəzi insanlar ağızda xoşagəlməz qoxu buraxdığı üçün sarımsaqdan istifadə etmir. Lakin həqiqətən də ortalıqda artıq çəkidən qurtulmaq niyyəti varsa, sarımsağı bütöv udmaqla da ondan faydalana bilərsiniz.
Sarımsağın tərkibindəki antioksidantlar bədənin vitamin və mineral ehtiyacını qarşılayır və immun sistemini möhkəmləndirir. Sarımsaq udmağın həqiqətən də arıqlamaqda faydasını olması ilə bağlı araşdırma aparan alimlər sınaqlar nəticəsində buna əmin olublar. Sarımsaq həzmi asanlaşdırır. Bağırsağın fəaliyyətini nizamlayır. Buna görə də həzm sistemi daha yaxşı işləyir.
Nizamlı şəkildə sarımsaq istifadə etməklə metabolizm sürətlənir və daha çox kalori yandırır. Bununla yanaşı, pəhriz və idman kimi detallara diqqət etsəniz, istədiyiniz nəticəni daha tez əldə edə bilərsiniz.
Sarımsaqla arıqlamaq istəyirsinizsə, gündə 3 dəfə bir diş bütöv şəkildə udmalısınız. 40 gün ərzində sarımsaq udduqdan sonra 1 həftə ara verməlisiniz.
Qarın nahiyəsində artıq piyləri olanlar sarımsaq udduqları zaman həmin bölgələrdə incəlməni daha tez hiss edə bilərlər. Bunun səbəbi isə sarımsağın birbaşa qarın yağlarına təsir göstərməsi deyil, qəbzlik problemini aradan qaldırmasıdır.
Aparılan araşdırmalar göstərir ki, sarımsağı çeynəyərək yemək yağın yanmasını asanlaşdırır. Ancaq qoxusundan narahat olanlar onu bütöv şəkildə də istifadə edə bilər.\publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar