Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

104 yaşında vəfat edən müdrikdən sağlam ömür haqqında QİYMƏTLİ SÖZLƏR

Tarix: 17-04-2019 21:18     Baxış: 3357 A- / A+
Andrey Varon 104 yaşında bu dünyadan köçən müdrik bir qocadır. Amma o, xəstəlikdən deyil, daşqın nəticəsində qəzada vəfat edib.
104 yaşında vəfat edən müdrikdən sağlam ömür haqqında QİYMƏTLİ SÖZLƏR

Uzun illər monastrda zahid həyatı yaşayan qocanın hikmətli fikirləri Slavyan ölkələrində qiymətli məsləhətlər toplusuna çevrilib.

Manevr.az oxucuları Andrey Varonun uzunömürlülük sirri və müdrik sitatları ilə tanış edib.

1. Ətrafda canlı olan hər şeyi: təbiəti, quşları, heyvanları, günəşi, ayı və ulduzları müşahidə etməyi və sevinməyi öyrən. Onlara həmişə diqqətlə və mehriban gözlərlə bax. Təbiəti müşahidə sənə heç bir kitabda yazılmayan biliklər öyrədəcək. Onda öz əksini görəcəksən, əhlilləşdirilmiş və yenilənmiş.

2. Heç olmasa, bir neçə dəqiqə ərzində torpaqda ayaqyalın gəzməyi vərdişə çevir.

3. Suda qalmaq üçün fürsət axtar. O, yorğunluğu aradan qaldıracaq, fikirləri təmizləyəcək.

4. Susamağı gözləmə və həmişə təmiz su iç. Bu, bədənin ilk dərmanıdır. Tale məni hara sürükləsə də, həmişə bulaq axtarırdım. Şüşədə satılan şirin və duzlu suları (mineral) içmə. Birincisi qaraciyəri, ikincisi damarları sıradan çıxaracaq.

5. Masada hər gün təzə meyvə-tərəvəz olmalıdır. Günəş işığı ilə yetişən meyvə və tərəvəzlər daha faydalıdır. Birinci yerdə - çuğundur gəlir, Yer üzündə bəlkə də ondan daha faydalı məhsul yoxdur. Balqabaq, kök, ispanaq, xiyar, giləmeyvə, üzüm, gavalı, alma, lobya, bibər də çox faydalı tərəvəzlərdir.

6. Ət yemək məsləhət deyil. Ümumiyyətlə, başqasının ağrısını yemək qəbul olunmur. Biz yırtıcı deyilik.

7. Kolbasa, qızarmış kartof, peçenye, şirniyyatlar və konservi zərərli qidalardır. Paxla, yarma və göyərtilər orqanizm üçün faydalıdır. Yırtıcı ət yedikdən sonra çətinliklə yeriyir, at isə bütün gün çapır. Məsələn, çəyirtkə uçmaq üçün enerjini otdan alır.

8. Az, amma tez-tez yemək xeyirdir. Çox su və kompot içir və çiy tərəvəz yeyirəm ki, daha az yemək yeyim. Həftədə bir dəfə ac qalıram, cümə axşamından cüməyə qədər heç nə yemirəm, ancaq su içirəm.

9. Günəş sənin üçün doğur və batır. Günəş çıxdıqdan sonra işlər yaxşı gedir. Buna alışsan, bədəninin daha güclü, ruhun daha sağlam olacaq. Beyin axşam yuxusundan sonra daha yaxşı dincəlir və iti işləyir. Rahibələr və hərbçilər belə edir ki, xidmət vaxtı gücü olsun.

10. Başın aydınlanması və üzün yenilənməsi üçün günortalar yarım saat mürgüləmək faydalıdır. Yemək yedikdən sonra yatmaq ziyandır, qan qatılaşır və yağ damarlarda yığılır.

11. Az otur, amma kifayət qədər yuxu al.

12. Açıq səma altında daha çox olmağa çalış. Özünü sərin yerdə yaşamağa öyrəşdir. Ayaqlar və əllər isti olmalıdır, amma baş sərin qalmalıdır. Yadda saxlayın ki, bədən istilikdən zəifləyir və qocalır.

13. Zəif və donmuş bədəni bitkilərlə gücləndir. Giləmeyvə, yarpaqları, qarağat, moruq və digər faydalı bitkiləri qaynadıb iç. Qışda bu, çox faydalıdır.

14. Qoz-fındığı unutma. Qoz beyinə bənzəyir və zehni gücləndirir. Gündə bir çay qaşığı qoz yağı istifadə etmək faydalıdır.

15. İnsanlarla həmişə mehriban və xeyirxah ol. Hər kəsdən, hətta ən boş adamdan da nə isə öyrənə bilərsən. İnsanlardan özünə nə düşmən, nə də dost düzəltmə. Bu zaman gözləntilər səni məyus etməyəcək.

16. Əgər qismətində yazılıbsa, baş verəcək. Sadəcə təmkinlə gözləməyi öyrən. Sənə aid olmayanı gözləməyə dəyməz. Qoy ürəyin yüngülləşsin.

17. Mənfi rəylərə inanma, münəccimlərə, fala qaçma. Qəlbini və ruhunu təmiz və pak saxla.

18. Ürək acı çəkdiyi zaman çoxlu gəzmək lazımdır. Yaxşı olardı ki, meşə və sahil kənarında gəz. Su dərdi özünə çəkib aparacaq. Lakin yadda saxla ki, bədən və qəlb üçün ən yaxşı məlhəm – dua və fiziki işdir.

19. Daha çox hərəkət et. Diyirlənən daş mamırla örtülmür. Bizi yerdə əziyyət və səylərimiz saxlayır. Onlardan yayınma, həm də üzərində hökmranlıq etməyə icazə vermə. Yeni bir işə başlamağa və öyrənməyə heç vaxt qorxma, özün yeniləcəksən.

20. Heç vaxt kurortda olmamışam, bazar günləri yatmamışam. Mənim istirahətim məşğuliyyətlərin dəyişməsidir. Əllər çalışırsa, sinirlər dincəlir. Baş işləyəndə bədən güclənir.

21. Az istəmə. Daha çoxunu arzula ki, ən azını əldə edə biləsən.

22. Qazanc əldə etmək üçün hiylə işlətmə, özünə faydalı olmağa çalış. Susuz qalan ağac tez quruyar.

23. Adamayovuşmaz və masqaraçı olma, şən ol.

24. Çox yemə! Ac heyvan tox insandan daha hiyləgər və daha zirəkdir. Roma legionerləri əlində bir ovuc xurma ilə 20 kilometr qaçaraq düşmən sıralarına girib və fasiləsiz olaraq yarım gün vuruşub. Amma həddən artəıq acgözlük və patrisilərin əxlaqsızlığı ucbatından Roma imperiyası çökdü.

25. Şam yeməyindən sonra bağda yarım saat gəzişirəm.

26. Uşaqla xəstəxanaları və aptekləri gəzmək istəmirsənsə, onu ana təbiətin qollarına burax. Körpə yaşlarından ona torpaqda ayaqyalın gəzməyi öyrət. Bu, ən güclü peyvənddir. Əgər uşaq günəşdə yanıbsa, bu, onun üçün xeyirdir. Əgər ağcaqanad dişləyibsə, əllərini gicitkən dalayıbsa, sərin suda çimibsə, tikanlıqda yıxılıbsa, bağda cır otlardan yeyibsə, yaxşıdır, deməli, xəstəliklərə qarşı müqaviməti güclənib, bədən möhkəmlənib, ruh isə daha sağlam olub.

27. Tərəvəzləri bıçaqla kəsmək torpaqdan aldığı gücün qismən itirir. Onları kəsmədən yemək və ya bütöv halda qaynatmaq xeyirdir. Məsələn, soğanı əllə bölmək və ya taxtada əzmək ikiqat faydalıdır.

28. Qara çay içmək mütləq deyil. Mənim üçün ən yaxşı çay təzə armud yarpaqlarıdır. Belə çay çox faydalı və aromalıdır. O artıq duzları və suyu bədəndən çıxarır, oynaqlarda iltihabı və ağrını azaldır. Qəhvə və şirin içkilər ürəkdə ağırlıq yaradır.

29. Əgər yorulmusansa, zəiflik baş qaldırıbsa və ya naxoşlamısansa, orqanizmə istirahət ver, yüngül və sulu yeməklər ye.

30. Cavan qalmaq və uzun ömür sürmək istəyirsənsə, heç olmasa həftədə bir dəfə özünə alma və qoz günü elan et. 8 alma və 8 qoz hazırla. Hər iki saatdan bir alma və bir qoz ye ki, mədə gün ərzində məşğul olsun.

31. Orqanizmin sürətlə yorulduğunu, hər şeydən qıcıqlandığını hiss edirsənsə, işlərin alınmırsa, bu, o deməkdir ki, gündə iki və ya üç yerkökü qəbul etmək lazımdır. Bu, itirilmiş gücü bərpa edəcək.

32. Həmişə təzə bişirilmiş xörək ye.

33. Soyuqlamaq istəmirsənsə, çox qaynar su ilə çimmə, hər gün bir ədəd qoz və ya sarımsaq ye və çox yat.

34. Mövsüm giləmeyvələrindən özünü heç vaxt məhrum etmə. Hər gün heç olmasa bir kasa meyvə ye. Əgər göyün gözü ulduzlar sayılırsa, yerin gözü meyvələrdir. Onlar arasında ən əhəmiyyətlisi və az əhəmiyyətlisi yoxdur. Gilasdan qapıza qədər hər biri bədəni enerji ilə doldurub gücünü bərpa edəcək.

35. Daxili sevinc hissi və həyat eşqindən bəslən.

36. Səssizlik və özünlə səmimi söhbət üçün zaman ayır.

37. Nəyin yaxşı, nəyin pis olduğunu qoy ürəyin sənə desin, insan rəyi yox.

38. Başqalarının sənin haqqında nə danışdığına və nə düşündüyünə fikir vermə. Özün öz vicdanının və ləyaqətinin hakimi ol.

39. İnsanlara qəzəblənmə, onları ittiham etmə. Hər bir bağışlanmış insan sənə sevgi və özünü qazandıracq.

40. Əgər qəlbin sevgi ilə dolubsa, onda qorxuya yer yoxdur.

41. Kasıb odur ki, ona həmişə hər şey azdır.

42. Uşaqlara heç vaxt səsini yüksəltmə, qışqırma və döymə. Əks halda onlardan qullar böyüyəcək.

43. Hər kəsin öz həqiqəti və öz ağrısı var, mübahisə etmə.

44. İnsanlara necə yaşamağı və nə etməyi öyrətməyə çalışma. Heç vaxt heç kimə nə isə öyrətməyə çalışmıram, sadəcə məsləhət verirəm.

45. Özünü hamıdan ağıllı və hamıdan ləyaqətli hesab etmə.

46. Möhkəm yuxu müalicəvi güc deməkdir. Amma gündüzlər səy göstərməli və çalışmalısınız.

47. İnsan üçün iradəli olmaq, qəlbinin yalan söyləmədiyi hər şeyə qarşı müqavimət göstərmək qabiliyyəti əsasdır. Qələbə əzmi sənə bu yolda mane olmaq istəyən hər kəsə qalib gələcək, ən başlıcası hərəkət etmək və müqavimət göstərməkdir. Sonra bütün zülmət səni tərk edib ətrafını işıq əhatə edəcək.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar