Xəbər lenti
Təngnəfəslik ciddi xəstəliyin xəbərçisidir - DİQQƏT!
Həkimlər pilləkənləri çıxanda, sürətli yeriyəndə təngnəfəsliyin yaranmasının ciddi xəstəliklərdən xəbər verdiyini deyir.
Manevr.azTürkiyə mətbuatına istinadən məlumatına görə, həkim Mekmet Emrə bildirib ki, ürəyin qanvurma gücünün azalması onun funksiyalarının pozulmasına səbəb olur. İlk əlamətlər isə təngnəfəslik, tez yorulma, qarın və ayaqlarda şiş meydana çıxmasıdır. Sonrakı mərhələlərdə isə xəstələr gecə yuxuda da nəfəs ala bilmədikləri üçün oyanırlar. Daha sonra oturan vəziyyətdə yatmaq məcburiyyətində qalırlar.
Ürəyin işini pozan bir çox xəstəliklər mövcuddur. Bunlara təzyiq, ürək və qan-damar xəstəlikləri, ürəyin ritminin pozulması, infeksiyalar və anadangəlmə ürək xəstəlikləri səbəb olur.
Ürəyin düzgün işləməsi üçün insan orqanizmində şəkərin miqdarı normal olmalıdır. İnsan gün ərzində 20-30 dəqiqə piyada gəzməlidir, qidalanmalarına fikir verməlidir. Duzlu qidalardan uzaq olmalıdır. Amma duzu qida rasionundan tam çıxarmaq olmaz. Ürək xəstəliyi olan insanlar gün ərzində bir litr su içməlidir.
Zeytun yağı, balıq, səbzə kimi qidalar da ürəyin fəaliyyətinə yaxşı təsir göstərir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar