Xəbər lenti
C vitamini çatışmazlığı - ƏLAMƏTLƏRİ və MÜALİCƏSİ
C vitamini əksikliyi bağırsaqların fəaliyyətindən tutmuş dərinin sağlamlığına qədər orqanizmin hər sahəsində pozuntulara səbəb ola bilər.
Bu vitaminin çatışmazlığı və müalicə yolları barədə türkiyəli dietoloq Serkan Sıtkı Şahin məlumat verib.
Dietoloq bildirib ki, C vitamini zərərli sərbəst radikallarla mübarizə aparmaq qabiliyyətinə malikdir. Bu vitamin yaraların sağalması, sümüyün formalaşması, əzələ toxumalarının inkişafı da daxil olmaqla bir çox prosesdə önəmli rol oynayır.
Bəzi araşdırmalara görə, bu vitamin xəstəliklərin qarşısını almaq, bağırsaqların gücləndirilməsi funksiyalarına da malikdir.
Diş ətiniz qanayırsa, dişləriniz zəifdirsə və dəriniz təravətini itiribsə, bunlar C vitamini əksikliyinin əlamətləridir. Ancaq problem bununla bitmir. Bədəninizdə C vitamini azalanda özünüzü daha yorğun, depressiyada hiss edirdiniz. Həmçinin bağırsaqların zəif işləməsi və köp bu vitaminin əksikliyindən xəbər verir. Bundan başqa, çəkinin artması, qanazlığı, quru dəri, dəridə qırmızı ləkələr, kiçik toxunuşlardan bədəndə qaralmalar C vitamini azlığına işarədir.
İnkişaf etmiş ölkələrdə nadir hallarda C vitamin əksikliyi müşahidə edilir. Bu əksiklik adətən zəif qidalanma və meyvə-tərəvəzlərin az istifadə edildiyi pəhrizlərdən qaynaqlanır. Siqaret çəkmək bədəndə bu vitaminin əksikliyini bir az da artırmış olur.
Müsbət məqam odur ki, bu vitaminin əksiliyi müşahidə edildiyi zaman aparılan müalicə qısa zamanda effekt verir.
C vitamini əksikliyini aradan qaldırmaq üçün meyvə və tərəvəzlərin qəbuluna diqqət etməlisiniz. Gündəlik bu vitaminə olan ehtiyacınızı bu qidalarla ödəyə bilərsiniz.
Qırmızı bibər, kivi, yaşıl bibər, portağal, çiyələk, briokoli, qara kələm, qreyfurt, naringi və limon C vitamini ilə zəngindir. Bəzən əksikliyi müalicə etmək üçün dərman qəbuluna da ehtiyac ola bilər.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar