Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanda həkimlər pis deyil, dərmanlar pisdi"- Bakıda işləyən iranlı doktor

Tarix: 06-04-2019 22:22     Baxış: 4244 A- / A+
“Azərbaycanda həkimlər pis deyil, dərmanlar pisdi"- Bakıda işləyən iranlı doktor


Azərbaycanda yaxşı həkimlər çoxdur, amma dərmanlarınız çox keyfiyyətsizdir. Xəstə sağalmırsa, səbəbi dərmanlarda axtarın

Hazırda Təbriz xəstəxanalarının birində çalışan, tanınmış həkim uroloq Hasan Hasanzadə bir neçə il əvvəl dəvətlə Bakıda klinikaların birində işləyib. Sonradan İrana geri qayıdan həkimin yanına indi də burdan xəstələr gedir.

Manevr.az medicina.az-a istinadən bildirir ki, azərbaycanlı pasiyentlərdən biri Təbrizdə Həsən həkimin qəbulunda olarkən, niyə Bakıda qalıb işləmədiyini soruşur. O bildirib ki, Azərbaycanda işləyəndə xəstələrə düzgün müalicə yazmasına baxmayaraq, effekt görmürdü.

" Mən dünya tibbi protokolları müalicə üçün nə tələb edirsə, onu da yazırdım. Amma Azərbaycanda yazdığım müalicələr burdakı kimi effekt vermirdi. Nə xəstə, nə mən təsirini görmürdüm. Anladım ki, səbəb dərmanlardır. Eyni dərman, eyni tərkibdir. İranda o reseptlə xəstəliyi 3 həftəyə sağaldırdım, Bakıda isə aylarla fayda görmürdük. Bu da xəstələrdə həkimə inamsızlıq yaradır.

Ona görə işləməyə davam etmədim. İndi Təbrizə Bakıda məni tanıyanlar gəlir. Dərmanlarını burdan alırlar. Bir neçə dəfə orda işləmək üçün dəvətlər gəlib, amma getmirəm. İşləməyimin nə faydası? Özümlə İrandan dərman daşıya bilmərəm axı".

Həkim qeyd edib ki, "Azərbaycanda yaxşı həkim yoxdur, ona görə xəstələr xaricə gedir fikri" ilə razı deyil.

"Azərbaycanda yaxşı həkimlər çoxdur, amma dərmanlarınız çox keyfiyyətsizdir. Xəstə sağalmırsa, səbəbi dərmanlarda axtarın".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar