Xəbər lenti
Nə üçün soğan gözü sulandırır?
Kükürdlü birləşmələrin zəngin olduğu bir çox bitkilər gözyaşardıcı təsirə maıikdirlər. Onlardan ən çox tanınmışı soğan bitkisidir.Bir çoxlarımız soğan doğrayarkən göz yanması və yaşarması ilə qarşılaşırıq. Bəs görəsən bu prosesin başlıca səbəbləri nələrdir? Soğan doğrayan zaman, o özündən xüsusi fermentlər xaric edir. Həmin fermentlər bir çox sahəyə yayılır. Göz nahiyəmizdə yerləşən qoruyucu vəzi sayəsində həmin fermentlər tənzimlənir. İlk öncə, beyin informasiyanı alır və göz qapaqlarının üzərində yerləşən qoruyucu vəziyə ötürür. Vəzi fermentləri gözə yollayır və qıcıqlanma prosesi gedir. Nəticədə isə, göz yaşarır.
Manevr.az bildirir ki, bişmiş soğanda isə, bu proses baş vermir. Bunun səbəbi isə, fermentlərin bişən zaman məhv olmasıdır.
Soğan yandırmasının aradan qaldırmaq üçün ən yaxşı yollardan biri gözü su ilə yumaqdır. Bunun sayəsində gözdə az da olsa, rahatlıq müşahidə olunur.
Soğan gözü yaşardarkən əslində orada olan mikrobları da məhv edir. Bu səbəbdən də nə qədər çox gözümüz yaşarsa, deməli bir o qədər təmizləmmişdir. Bundan əlavə, təkcə soğanla təmasda olmaq yox, eləcə də onu yemək olduqca faydalıdır. Belə ki, o C, B1, B6, Q, kalium, kalsiyum, fosfor, zülal və nişasta ilə əhatə olunmuşdur. Bu səbəbdən də, soğan qəbul edən insanlarda insult, xərçəng və bir çox mənfi xəstəliklərə rast gəlinmir./deyerler.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar