Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda unikal əməliyyat: 14 yaşlı qızın qarnından kişi orqanları çıxarılıb

Tarix: 27-03-2019 18:19     Baxış: 4370 A- / A+
Azərbaycanda unikal əməliyyat: 14 yaşlı qızın qarnından kişi orqanları çıxarılıb


Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mütəxəssisləri maraqlı və mürəkkəb bir əməliyyata imza atıblar.

Manevr.az xəbər verir ki, 14 yaşlı qız tam formalı "testikulyar feminizasiya" diaqnozu ilə Klinikaya müraciət edib. Yəni, xaricdən qadın olan bu pasiyentin daxili orqanları kişi cinsinə aid olub.
Klinikanın baş həkimi Ramiz Poluxov bildirir ki, uşaq 2 yaşında ikən ikitərəfli yırtıq əməliyyatı keçirib. Uşaqda ilk narahatlıq 3 yaşında süd vəzilərinin böyüməsi ilə başlayıb: "Ultrasəs müayinəsi zamanı bəlli olub ki, körpənin bətnində yumurtalıq və uşaqlıq yoxdur. Müayinə nəticəsində ona "testikulyar feminizasiya" diaqnozu qoyulub. 2018-ci ildə isə xəstənin çanaq boşluğunun maqnit rezonans tomoqrafiyası zamanı intraabdominal (qarın boşluğunda) maliqn transformasiyalı xayaların olduğu müəyyən edilib".

Xəstə müalicə üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasına göndərilib. Cərrah R.Poluxovun sözlərinə görə, müayinə zamanı xəstənin fenotip olduğu təsdiqlənib. Yəni, xarici görünüşünə görə tam qız olan bu pasiyentdə inkişaf etmiş süd vəziləri və xarici cinsiyyət üzvləri olub. Lakin daxildə uşaqlıq və yumurtalığı yoxdur, yalnız 3-4 sm-lik infantil uşaqlıq yolu olduğu müəyyənləşib. Lakin genotip olaraq xəstə 46XY geninə aid tam oğlandır.

Bu xəstədə laparoskopik üsulla orxioektomiya əməliyyatı aparılıb. Onun qarın boşluğunda yerləşən hər iki xaya çıxarılıb. Xaric olunmuş xayalar histoloji müayinəyə göndərilib və in situ qonadoblastoma aşkar edilib.

Həkim qeyd edir ki, belə xəstələrə vaxtında və düzgün yanaşılmalıdır. Bəzən belə xəstələri "tüksüz qız" da adlandırırlar. Çünki onlarda ikincili cinsi əlamətlər - yəni, qasıq və qoltuqaltı tüklənmə ya olmur, ya da tüklər həddən artıq zərif olur. Əgər qız uşaqlarında iki tərəfli qasıq yırtığı qeyd olunursa, mütləq əməliyyatdan öncə abdominal ultrasəs müayinəsi aparılmalıdır ki, qeyd olunan patologiyaların olub-olmadığı müəyyən edilsin./milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar