Xəbər lenti
Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib
Ötən il ərzində Azərbaycanda 280 mindən çox xəstə üzərində müxtəlif cərrahiyyə əməliyyatları aparılıb.
Manevr.az-ın məlumatına görə, 2018-ci ildə dövlət hesabına 22 nəfərə böyrək köçürülüb, 12 sümük iliyi transplantasiyası aparılıb.
Ötən il ərzində ölkədə dövlət hesabına 998 nəfər üzərində kardiocərrahiyyə əməliyyatı icra edilib. Onların 246-sı uşaq olub.
Qeyd edək ki, əvvəlki illərlə müqayisədə Azərbaycanda həm uşaqlar, həm də böyüklər arasında ürək qüsurlarından və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı artır. Bu artıma səbəb əsasən insanların həyat tərzində baş verən dəyişikliklər, risk faktorlarının artması, qidalanmada təbiilikdən daha çox süniliyə keçiddir.
Hesab edilir ki, xəstəliklərin diaqnozunun daha rahat şəkildə qoyulma imkanlarının artması da statistik rəqəmlərin nisbi olaraq yüksəlməsinə gətirib çıxarır.
Ürək qüsurları anadangəlmə və qazanılmış olur. Uşaqlar arasında ən çox rast gəlinən ürək qüsurları anadangəlmə olur. Uşaq yaşlarında anadangəlmə ürək qüsurlarına rast gəlmə tezliyi Azərbaycanda da dünyada olduğu kimidir. Bu göstəricilərə görə, 1000 diri doğulan uşağın 8-10-da anadangəlmə ürək qüsuru olur.trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar