Xəbər lenti
Beyni qocalmaqdan qorumağın — 9 BƏSİT ÜSULU
Su içməmək, hərəkət etməmək, sağlam qidalanmamaq başda olmaqla bir çox səbəblər insan beynini qocaldır. Bəs beynin vaxtından əvvəl qocalmasının qarşısını almaq üçün nələr etmək lazımdır?
Manevr.az bu sualın cavabını bir neçə variantda təqdim edir.
Vücudumuzun əsas gəmisi olan beyin bütün orqanlarımızı idarə edir və sistemin düzgün şəkildə işləməsini təmin edir. Beyni sağlam və cavan saxlamaq üçün gündəlik həyatımızda bir neçə prosesə diqqət yetirməliyik. Hər günü eyni tərzdə yaşamamaq, nəfəs potensialını artırmaq və stressdən uzaq qalmaq da bu detallara daxildir.
1. SU İÇİN
İnsan bədəninin 60%, beynin isə 73%-i sudan ibarətdir. Su bədənimzidəki bir çox enzimatik reaksiyaları, neyronların istehsalını, hormonal əlaqə və hüceyrələrarası əlaqə kimi əhəmiyyətli fəaliyyətlərdə istifadə edilir. Beyin suyunun bir faizini itirərsə, insanın düşünməsi yavaşlayar, iki faizini itirərsə, zehni performansı geriləyər, riyazi problemləri həll etmək çətinləşər. Qəhvə, çay suyun yerini tuta bilməz. Meyvə suyu, bitki çayı, süd də həmçinin. Çünki qəhvə və çay əks proses başaldaraq bədəndən suyun ifrazını artırır. Gündə ən az 1 litr su içmək vacibdir. Su içməyin ən yaxşı zamanı isə səhər saatlarıdır. Gün boyunca tez-tez su içmək lazımdır.
2. HƏRƏKƏT EDİN
Beynin hər iki yarımkürəsini işlətmək üçün müəyyən hərəkətlər yerinə yetirmək lazımdır. Yürüş, yoqa və üzmək kimi vücudun hər iki tərəfini paralel şəkildə istifadə etməyin vacib olduğu hərəkətlər etmək daha yaxşıdır. Bu, eyni zamanda, beynin yarımkürələri arasındakı bağları da möhkəmləndirir. Yuxunu da müəyyən çərçivəyə salar. Gün ərzində piyada gəzmək, pilləkan çıxmaq, avtomobili uzağa park edərək yolu uzatmaq kimi detallar da beyinə hərəkət baxımından fayda verər.
3. SAĞLAM QİDALANIN
Qanda şəkərin miqdarının azalması beyni qocaldır. Beynin sağlamlığı üçün ən çox diqqət etməyimiz lazım olan şey karbohidrat və şəkər yeməmək. Qan şəkəri çox olan və ya insulindən asılı olan xəstələrin yaşla birlikdə yavaşlaması daha tez baş verər. Yaşla bərabər, gün içində normadan artıq kalori qəbul edən insanların istedadları, az aklori qəbul edənlərə nisbətən daha az olur. Xəmir yeməkləri sadəcə artıq çəki yaratmaz. Şəkərdən başqa bir digər karbohidrat qaynağı da taxıl bitkiləridir. İçi boş karbohidrat qəbul etmənizə səbəb olan bu qidalarda beyinə zərərli olan bir maddə var: Qlüten. Bu maddə bağırsaqların işini əngəlləyir və beynin fəaliyyətini yavaşladır. Uzun müddət bu maddənin qəbulu isə beynin kiçilməsinə və patoloji dəyişikliyə səbəb olur.
4. YUXUNUZA DİQQƏT EDİN
Yuxuya yalnız körpələrin deyil, hər kəsin ehtiyacı var. İbtidai sinifdən sonra uşaqların yuxusuna çox da diqqət edilmir. Çox yatmaq isə tənbəllik əlaməti sayılır. Ancaq hər gün doldurulmuş bir beyin üçün ən yaxşı əlac yatmaqdır. Yuxu beynimizə gün içində metabolizmə bağlı olaraq ortaya çıxan artıq metabolitlərin təmizlənməsi, beyindəki hüceyrələr arasında yeni bağlantıların qurulması, beynin özünü təmir etməsi, bədəndəki xroniki stress üçün cavabın hazırlanması, öyrənilən bilgilərin möhkəmlənməsi üçün şərtdir.
Miqren ağrılarının səbəbi yuxusuzluq ola bilər. Yuxusuzluq həm bədəndə, həm də beyində iltihaba səbəb ola bilər. Bu iltihab qısa müddətdə hisslərin fəaliyyətinin pozulmasına, daha çox müddətdə miqren və fibromiyaljiyə, daha uzun müddətdə isə şüurun itirilməsinə və Alzaymer xəstəliyinə yol açar.
5. ÜRƏYİNİZƏ YAXŞI BAXIN
Ürəyi beyindən ayırmaq mümkün deyil. Ürək və beyin bir almanın iki yarısı kimidir. Buna görə də kardioloq və daxili orqanların müalicəsi üçün həkimin verdiyi tövsiyələr beyin üçün də önəmlidir. Öncə ürəyi sağaltmaq lazımdır. Artıq çəkiniz varsa, qan təzyiqiniz, qan şəkəriniz yüksəkdirsə, ailədə təzyiq, ürək-damar, diabet xəstəsi varsa, siqaret çəkirsinizsə, spirtli içki ilə aranız yaxşıdırsa və hərəkətsiz qalırsınızsa, mütləq kardioloqun müayinəsindən keçməlisiniz. Ürək-damar xəstəlikləriniz sağalarsa, beyin də yaxşılaşar.
6. BAĞIRSAQLARINIZA YAXŞI BAXIN
Xoşbəxtliyi bağırsaqlar istehsal edər. Bağırsaq və beynin münasibəti çox önəmlidir. Bağırsağın içində yaşayan və ana bətnində ikən bizimlə birlikdə böyüyən faydalı mikroorqanizmlər var. Bu canlılar vücudda insanı xoşbəxt hiss edən serotonininin 95%-ni sintezləyər. Ayrıca immun sistemini nəzarət altında saxlayır.
Bu mikroorqanizmlərin bir digər yararı da balanslaşdıqları zaman metabolik fəaliyyətlərə fayda verib artıq çəkinin yaranmasının qarşısını almaq və qidalarla birgə qəbul etdiyimiz ağır metallar və digər toksinlərə bitişərək vücuddan atılmalarını təmin etməkdir.
Stress beyni də yıxar. Xroniki stress beynimizin ən böyük düşmənlərindən biridir. Stress fizioloji olaraq təzyiqi artırır, qan təzyiqini qaldırır. Beyin uzun müddət stressə məruz qaldığı üçün, özəlliklə, yaddaş mərkəzi hüceyrə azlığı və toxuma itkinliyi ortaya çıxır. Stressi azlatmağın ən yaxşı yollarından biri yavaşlamaq, sakitləşmək, hətta dayanmaqdır. Bunun üçün nəfəs çalışmaları etmək və meditasiya ən yaxşı yoldur. Yaddaş funksiyaları, öyərnmə qabiliyyəti, diqqət meditasiya nəticəsində daha da yaxşılaşar.
Diafraqmadan nəfəs alaraq nəfəs qabiliyyətini genişləndirmək də yaxşı həll yolu sayılır. Çoxumuz ağ ciyərin bütün potensialından istifadə etmirik və qısa nəfəslər alırıq. Qarından nəfəs almaq stressin azalmasına, oksigen zənginliyinə gətirib çıxarır ki, bu da beyni gücləndirən önəmli detallardandır.
8. ÖYRƏNMƏYƏ DAVAM EDİN
Yeni bilgilər beyni inkişaf etdirər. Beyin hüceyrələri arasında yeni yollar qurar və bilgilərin möhkəmlənməsi, itirilməsinə əngəl olmaq üçün əsas rol oynayar. Yeni bilgi öyrənərkən beynimiz stimul qazanır ki, bu da yaddaşa xüsusi fayda verər. Bu zamanla beyni kiçilməkdən qoruyar. İkinci, üçüncü, hətta dördüncü dil öyrənməyə başlamaq, tikiş öyrənmək, foto çəkmək, yazı yazmağı öyrənmək, şahmata başlamaq, müxtəlif idman növlərində özünü sınamaq, yemək bişirmək, rəqslər öyrənmək, yəni, ağlınıza nə gəlirsə... xüsusilə içinizdə qalan, uzun müddət arzuladığınız şeyləri həyata keçirmək bu mövzuda sizə yardımçı olacaq.
9. SOSİALLAŞIN
Pis, yaxşı xatirələr beyini yaşlandırmaz. Dostlarla birlikdə zaman keçirmək, təcrübələrin paylaşılması, yeni bilgilər və fikirlər, qatılmadığımız fikirləri müzakirə etmək, sevdiklərimizlə yaxşı zaman keçirmək, kədəri və sevinci paylaşmaq... bütün bunlar seratonin və dopaminin artmasına səbəb olur, həm də beyində yeni yollar açar. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar