Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kolbasa alarkən nələrə diqqət etməliyik? - Agentlik AÇIQLADI

Tarix: 24-03-2019 10:48     Baxış: 2260 A- / A+
Kolbasa alarkən nələrə diqqət etməliyik? - Agentlik AÇIQLADI


Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir.

Publika.az-ın Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, istehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması, yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış), kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır.

Kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır. Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellefondan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır.

Kolbasa soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır.

Həmçinin məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir. Bəzən marketlər öz loqolarını və ya qiymət etiketini yapışdıraraq məhsulun üzərindəki istehlakçının bilməli olduğu vacib hissələri məqsədyönlü şəkildə bağlayır. Bu zaman məlumatı oxumaq üçün etiketin açılmasını tələb etmək lazımdır.

Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 - Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur.
Kolbasanın tərkibində olan digər bir qida əlavəsi isə E-621 - qlütamat maddəsidir. Bu maddə dadlandırıcıdır, eyni zamanda, insanlarda məhsula qarşı asılılıq yaradır.

E-250 qida əlavəsi isə natrium-nitrit konservant olub, boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir.

Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Sağlamlığın əsası isə düzgün qidalanmadan asılıdır. Qidalanmamıza, yediyimiz, içdiyimiz məhsullara, onların tərkibinə diqqət yetirməli və tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq durmalıyıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar