Xəbər lenti
Antibiotikdən sonra göbələyə qarşı dərman vacibdirmi? - Ekspert izah edir
Mütəxəssislər və həkimlər adətən antibiotik istifadəsinin 3-cü günündən etibarən göbələk əleyhinə preparat qəbulunu məsləhət görür. Antibiotiklər bədəndə olan zərərli mikroblarla yanaşı, insan üçün xeyirli hesab edilən mikrobları da məhv edir. Bu da xəstəlik sonrası müxtəliv narahatlıqların, göbələk kimi problemlərin yaranmasına səbəb olub. Məhz bu səbəbdən mütəxəssislər həkim məsləhəti olmadan antibiotik istifadəsini qətiyyətlə qadağan edir və bu preparation qəbulunun 3-cü günüdə göbələk əleyhinə dərman istifadəsini məsləhət görürlər.
Manevr.az bildirir ki, mövzu ilə bağlı axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, antibiotiklərin istifadəsi zamanı göbələk əlehinə dərmanların qəbuluna ehtiyac yoxdur:
"Çox vaxt həkimlər antibiotik qəbulu zamanı bununla yanaşı göbələk əlehinə preparatlar da təyin edilər ki, göbələk yaranmasın. Hətta bir çox insanlar bu qaydanı mütləq bilib, özbaşına bu dərmanları qəbul da edirlər. Ancaq aparılan araşdırmalar göstərir ki, göbələk əlehinə olan (antifunqal) dərmanların qəbulu göbələk yaranmamasına təsir etmir. Əksinə, göbələk əlehinə preparatlar qəbul edəndə orqanizmdə göbələk yaranırsa, bu həmin preparatlara (antifunqala) qarşı davamlılıq (rezistentlik) yaradır. Bu isə müalicəni çətinləşdirir. Nəticə olaraq demək istəyirik ki, antibiotiklərin istifadəsi zamanı göbələk əlehinə dərmanların qəbuluna ehtiyac yoxdur".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar