Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda "lyambliya analizi" oyunu: savadsız həkimlərin pul qazanma üsulu - Pediatr-infeksionistdən ŞOK

Tarix: 17-03-2019 14:31     Baxış: 4421 A- / A+
Azərbaycanda "lyambliya analizi" oyunu: savadsız həkimlərin pul qazanma üsulu

Bu gün Azərbaycanda hər 10 uşaqdan 7-8-də lyambliya analizi verilir, pediatrların çoxu bir sıra şikayətləri dərhal bu məşhur parazitə bağlayır, uşaqda lyambliya axtarmağa başlayırlar. Artıq valideynlərin də əzbərlədiyi lyambliya nədir?

Məsələ ondadır ki, nəcisdə lyambliya sistalarının mövcudluğu – diaqnoz deyil. Bu, savadsız həkimlərin narahat valideynlərdən pul qazanma üsuludur.

Manevr.az xəbər verir ki, bu sözləri pediatr-infeksionist Həmid Hacıağayev bildirib. Onun fikrincə, hazırda pediatrik müayinədə ən geniş yayılmış yalanlardan biri: bir kiçik uşağın nəcisində lyambliyalar var və onlar pis işlər görürlər – xolesistit (öd kisəsində iltihab) törədirdilər. Qaraciyərdə məskunlaşandan sonra sirroz törətmiş, bağırsaqları zəbt etdikdə isə daimi ağrılar, ürəkbulanma, qusma və ağlınıza gələ biləcək hər şeyə səbəb olmuşdular.

İndi isə reallığa qayıdaq. İnkarlardan başlayaq:

1. Lyambliyalar öd kisəsində və öd yollarında yaşamırlar, çünki öd içinə düşdükdə məhv olurlar, və buna görə də xolesistit törədə bilməzlər, eyni zamanda ödçıxaran sistemin ağır pozğunluğuna səbəb ola bilməzlər.

2. Lyambliyalar sirrozun səbəbi ola bilməzlər. Lyambliyaların ciddi qaraciyər pozulmaları yaratdıqları hələ ki, tibbdə sübut olunmayıb. Hətta bunu ayrı-ayrı həkimlər desələr də, bu, onların şəxsi fikri səviyyəsində qalmaqdadır və heç bir elmi sübutu yoxdur.

3. Gəlib çatdıq bu "bığlı” ibtidailərin insan orqanizmində yaşaya biləcəkləri yeganə yerə - nazik bağırsağa. Adətən insan lyambliyaların sadəcə daşıyıcısı olur və sağlamlığı ilə bağlı heç bir problem yaşamır. Lakin bəzi hallarda xəstəlik başlaya bilər. Bu halda xəstəlik lyambliyalara yoluxandan adətən 1-2 həftə sonra kəskin başlayır: yağlı ishal başlayır (bəzən üç günədək davam edə bilər) və nadir hallarda epiqastrik nahiyyədə ağırılara səbəb olur.

Bəs bu doğrudan lyambliozdurmu?

Siz uşağınızın nəcisini müayinə etdirmisiniz və cavabında lyambliya çıxıb? Ola bilər ki, sadalayacağım səbəblərdən biri Sizi nəcis müayinəsinə vadar edib:

1) Uşağın tez-tez qarın ağrıları olur, bəzən özünü pis hiss edir, hətta spontan qusma halları da olur. Araşdıraq: bəlkə bu əslində həzm ya da sinir sisteminin pozulması (psixoloji amillər) nəticəsində baş verir? Sizə mütləq yaxşı bir həkim lazımdır ki, hər şeyə lyambliyaları bəhanə gətirməsin, uşağın vəziyyətinin əsl səbəbini araşdırsın.

2) Uşağınızın iştahası yaxşıdır, lakin həkim onun "çox arıq” olduğunu deyərək lyambliyalara yoluxmuş ola biləcəyini iddia edir. Araşdıraq: hər bir uşaq individualdır, özəldir. Uşaq sağlam olduğu halda onun xarici görünüşü və davranışları sadəcə və sadəcə genetikdir, yəni ona kimdənsə irsən keçmişdir. Əsas göstərici – övladınızın sağlamlığı və inkişafıdır. Uşaqların hamısı eyni çəkidə, boyda, bədən quruluşunda olmalı və təqvimlərə uyğun görunməli deyillər.

3) Uşağınız dırnaq yeyir, torpaq və qumla çox oynayır, qələm gəmirir və s. vərdişləri var deyə Siz özünüz analiz vermək istədiniz, profilaktika üçün.
Araşdıraq: profilaktika lazımdır. Lakin uşağınızın daha çox təmiz havada olmağa və təmizlik qayadalarına riayət etməyə ehtiyacı var. "Hər ehtimala qarşı”, "birdən nəsə çıxar” deyə analiz vermək düzgün deyil. Övladınızda daima "xəstəlik axtarışı” ona yalnız zərər verəcək.

4) Uşağızın ödçıxarma sistemində pozulmalar var və müalicələr nəticə verməyib deyə həkim hər şeyə lyambliyaların səbəb olduğunu iddia edir. Araşdıraq: ən başa qayıdırıq – axı lyambliyalar öd kisəsində yaşamırlar! Hətta zondla on iki barmaq bağırsağın möhtəviyyatından lyambliyalar çıxdıqda, onların əksəriyyəti ölmüş olur. Öd kisəsində olmaqları haqqında isə söz ola bilməz. Uşaqlarda adətən öd kisəsi ilə bağlı funksional problemlər olur və onlar hələ də tam araşdırılmayıb.

5) Uşaq tez-tez xəstələnir, soyuqlayır, qrip tutur və s. Buna görə həkim bu analizi məsləhət görüb. Araşdıraq: əgər lyambliyalar bədənin müdafiə sisteminə təsir etsəydilər, bu mütləq ortaya çıxardı. Lakin baxın ki, insanın immun sistemi onlara reaksiya belə vermir – hələ ki, insanlarda lyambliyalara qarşı anticisimlər yaranmamaqdadır. Deməli, onlar immunitetə zərər vermirlər və tez-tez xəstələnmənin səbəbi ola bilməzlər.

Gördüyünüz kimi bu 5 bənddən heç birinin lyambliyalara aidiyyatı yoxdur.
Azərbaycanda "lyambliya analizi" oyunu: savadsız həkimlərin pul qazanma üsulu


Bu "bığlı parazitlərlə” mübarizə etməyə dəyərmi?

Lyambliyalar yer kürəsinin 30%-da daşıyıcılıq səviyyəsində mövcuddur və insanlara heç bir zərər verməməkdədirlər. Yəni insan özünü yaxşı hiss edirsə, "analizləri müalicə etmək” lazım deyil. Lakin bəzi həkimlərin müxtəlif həzm problemlərinə görə "lyambliya öldürmək" maniyası var. Buna baxmayaraq, lyambliyaların törətdiyi yeganə xəstəlik LYAMBLİOZ ENTERİTdir. Bu xəstəliyin özünə məxsus əlamətləri var:

- ishal
- insanın özünü pis hiss etməsi
- qarın ağrıları
- iştahasızlıq
- arıqlama (körpələrin çəkisinin artmaması)

Bütün bu əlamətlər birlikdə təzahür edərsə, nəcisi lyambliya mövcudluğuna yoxlamaq olar. Əgər nəticə müsbət olarsa (analizi bir neçə dəfə vermək mütləqdir, çünki sistalar ilk dəfədən aşkar olunmaya bilərlər), xəstədə lyamblioz olduğundan əmin olaraq onu müalicə etmək olar.

Heç vaxt unutmayın: analizlər deyil, xəstəlik müalicə olunmalıdır.medicina.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar