Xəbər lenti
Bu vitaminin çatışmazlığı nələrə səbəb olur?
Son məlumatlara görə, dünyada təxminən 40 faizə qədər insanda D vitamini çatışmazlığı var. Biz D vitaminini ən çox Günəşdən alırıq. Amma onu başqa təbii yollarla da almaq, səviyyəsini artırmaq mümkündür.
D vitamini sağlamlıq baxımından son dərəcə əhəmiyyətli sayılır. Xüsusilə ürəyin fəaliyyəti, sümüklərin, dərinin sağlamlığı, immun sisteminin güclənməsi üçün D vitamini mühüm əhəmiyyət kəsb edir.
Mütəxəssislər hesab edir ki, həyat tərzimizdə edilən cüzi dəyişiklik D vitamini səviyyəsini artırmağa yardım edir.
Araşdırmalara görə, artıq çəkidən azad olmaq və nizamlı olaraq edilən idman D vitamini artırır.
Təbii yollarla D vitamini səviyyəsini artırmağın digər yolu xolesterin səviyyəsini aşağı salmaqdır. Bunun üçün daha çox balıq əti yemək lazımdır. Təbii hövzə balıqlarının əti D vitamini ilə daha zəngindir.
Alimlər hesab edir ki, D vitamini hər yaşda gərəkli olsa da, 40 yaşdan sonra onun səviyyəsinə daha çox diqqət ayırmaq vacibdir. Ona görə ki, bu yaşdan sonra diabet, ürək problemləri, skleroz, süd vəzi, bağırsaq xərçəngi kimi xəstəliklərin meydana gəlmə riski daha yüksəkdir. Bu problemlərin həm də D vitamini çatışmazlığından qaynaqlandığı məlumdur.
D vitamini çatışmazlığı nəticəsində əzələ zəifliyinin yarandığı, əzələ liflərinin normal olaraq çalışmaması səbəbindən sümük ağrılarının yaranması da mümkündür.
Aparılan araşdırmalar D vitamini çatışmazlığının depressiyalara səbəb olduğunu da isbatlayıb. D vitamini əskikliyi olan qadınların daha çox depressiyaya məruz qaldıqları bildirilir.
D vitamini çatışmazlığı tənəffüs yollarında da problem yaradır. Xüsusilə astma xəstəliyi olan uşaqların D vitamininə daha çox ehtiyac duyduqları bildirilir.
D vitamini əskikliyi saçların tökülməsinə, dəri xəstəliklərinin, o cümlədən psoriazın yaranmasına səbəb olur.
Səbəbsiz, hər hansı hərəkət etmədən tərləyirsəniz bu da D vitamini çatışmazlığına işarədir. D vitamini çatışmazlığı ən çox da üzdə tərləmə ilə özünü büruzə verir.
Xroniki olaraq davam edən baş ağrıları da D vitamini çatışmazlığının bir əlaməti ola bilər.
Aparılan araşdırmalar D vitamini səviyyəsi az olan insanların yüksək D vitamininə sahib olanlara müqayisədə ikiqat çox baş ağrısı riski ilə üzləşdiklərini ortaya çıxarıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar