Xəbər lenti
Bütün dövrlərin ən SAĞLAM QİDASI
Çoxlarımızın "qreçka" adı ilə tanıdığımız qarabaşaq dünyanın bir çox ölkələrində istifadə olunur.
Genetik dəyişikliyə məruz qalmadığına görə qarabaşaq ekoloji təmiz qida məhsulu sayılır. O, həm də özünəməxsus dadına görə fərqlənir. Bir faktı qeyd etmək yerinə düşər ki, dünyanın bir çox tanınmış müalicə müəssisələrində, sanatoriyalarında qarabaşaq qida rasionuna daxil edilir. Təbii ki, bu da səbəbsiz deyil. Çünki qarabaşaq yarmasının insan orqanizmi üçün saysız-hesabsız faydaları var.
Manevr.az bildirir ki, əvvəlcə qarabaşaq yarmasının tərkibinə nəzər yetirək. O, fosfor, xlor, dəmir, kalsium, maqnezium, mis, kobalt, kükürd, yod, sink, nikel, ftor, natirium, titan, dəmir kimi mikroelementlərlə, A, E, PP, B qrup vitaminlərlə zəngindir.
- Onun tərkibində böyük miqdarda zülül olduğundan qarabaşağı ətlə müqayisə etmək olar.
- Qarabaşaq xoş əhval yaratmaqla yanaşı, yorğunluğu da götürür. O həm də yuxusuzluğu aradan qaldırır.
- Qarabaşaq mədə-bağırsaq xəstəliklərinin müalicəsində xeyirlidir. Onun tərkibi sellüloz ilə zəngindir. Bu da mədə-bağırsaq sisteminin normal fəaliyyəti üçün çox vacibdir.
- Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.
- Qarabaşaq hamiləlik zamanı çox vacib olan fol turşusu ilə zəngindir. Bu həm də hamilə qadınları kənar mənfi təsirlərdən qorumağa köməklik edir.
- Bu dəyərli qida məhsulu qanda şəkərin miqdarını stabilləşdirir. Buna görə də diabet xəstələrinə qarabaşaqdan istifadə etmək faydalıdır.
- Həmçinin, yüksək qan təzyiqindən şikayətlənənlər üçün də qarabaşaq yarması xeyirlidir.
- Qarabaşaq ən yaxşı pəhriz qidasıdır. Çünki onun tərkibində karbohidratların miqdarı olduqca azdır.
- Ekoloji təmiz qida sayılan qarabaşaq yarması qaraciyərə də müsbət təsir göstərir, onun fəaliyyətini yaxşılaşdırır.
- Qarabaşağın faydalı xüsusiyyətlərindən biri də böyrəklərin fəaliyyətinin normallaşmasına müsbət təsiridir.
- Qarabaşaq təkcə böyüklər üçün deyil, həm də uşaqlar üçün olduqca faydalıdır. Uşaqların normal inkişafını istəyirsinizsə, onların qida rasionuna qarabaşaq yarmasını daxil edin.
- Qarabaşaqdan xalq təbabətində geniş istifadə olunur.
- Boğaz ağrısı zamanı qarabaşağı quru halda tavada qızdırmaq və parçaya büküb boğaz və boyun nahiyəsinə qoymaqla ağrını yüngülləşdirmək olar.
- Körpə uşaqlarda bişməcə olanda, xüsusilə, bu yay fəslində daha tez-tez olur, qarabaşağı un kimi üyüdüb həmin yerə səpməklə körpənin rahatlığını təmin etmək olar.
- Xroniki yorğunluq, süstlük zamanı yeməkdən qabaq 1-2 qaşıq qarabaşaq unundan istifadə etmək effektlidir.
- Qarabaşaqdan istifadə etməklə 1-2 həftə ərzində bir neçə kiloqram çəki atmaq mümkündür. Bunun üçün axşamdan qarabaşağın üzərinə qaynar su töküb səhərə kimi saxlayın. Bundan sonra onu bişirmək olmaz. Üstünə yalnız qatıq əlavə edin. Yağ, duz və digər ədviyyatlar haqqında düşünməyin. Bu pəhrizi saxlayarkən gün ərzində yalnız qazsız su içmək lazımdır. Hazırlanmış qarabaşağın son payı yatmağa 4-6 saat qalmışa qədər qəbul edilməlidir. Pəhriz maksimum iki həftə davam etdirilməlidir. Minimum bir ay keçdikdən sonra təkrar etmək olar. Hazırlanmış qarabaşağın bu növü dadsız olsa da arzuladığınız çəkini əldə edə bilərsiniz.
- Məlum olduğu kimi hazırda aterosklerozdan şikayətlənlərin sayı daha da çoxalıb. Ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi olan ateroskleroz zamanı arteriyanın divarı qalınlaşır, bərkiyir və bunun nəticəsi olaraq damar öz elastikliyini itirir. Bu problemli vəziyyətin qarşısını almaq üçün qarabaşaqdan düzəldilmiş qatı məhluldan (kisel) istifadə etmək faydalıdır. Bunun üçün bir xörək qaşığı qarabaşaq ununu 100 qram suya əlavə edib zəif odda iki dəqiqə qaynatmaq lazımdır. İki ay ərzində gündə iki dəfə olmaqla axşam və səhər hazırlanmış məhlul qəbul edilməlidir.
Sağlam olmaq istəyirsinizsə, qida rasionunuzdan qarabaşaq yarmasını əskik etməyin. O ekoloji təmiz, dadlı və faydalıdır.oxu24.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar