Xəbər lenti
Bu gündən qızılca əleyhinə peyvədlərin tətbiqinə başlanılıb - RƏSMİ
Yaxın bir neçə gün ərzində Azərbaycanda 20-40 yaşlı insanların qızılca-məxmərək əleyhinə peyvəndləmə işlərinə başlanacaq.
Manevr.az xəbər verir ki, Azərbaycanda böyüklərin və kiçiklərin peyvəndlənməsi məqsədilə qızılca-məxmərək əleyhinə 160 min dozada vaksinlər gətirilib. Artıq Bakıdakı poliklinikalara vaksinlər paylanılıb. Digər şəhər və rayonlar üzrə isə vaksinlərin paylanılması hazırda həyata keçirilir.
Yaxın günlərdə Baki şəhəri və respublikanın digər şəhərləri və rayonlarında 20-40 yaşlı əhali qrupu arasında peyvəndlənmə işlərinə başlanılacaq.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyevanın verdiyi məlumata görə hələ ki, ölkəyə gətirilən vaksinlərin tibb müəssisələrinə paylanması işi davam etdirilir.
"Peyvəndləmə məcburi qaydada həyata keçirilməyəcək. Vaxtilə hər hansı səbəbə görə qızılcaya qarşı peyvənd olunmayan 20-40 yaşlı insanlar ərazi üzrə poliklinikalara müraciət edərək peyvənd olunacaqlar. Yaxın bir necə gün ərzində poliklinikalarda böyüklər üçün peyvənd kabinetləri fəaliyyət göstərəcək”.
"İnsanlar müraciət etdikdə həkim-terapevtlər onları müayinədən keçirəcəklər. Əgər insanlar tam sağlamdırlarsa, onlar üçün tibbi əks göstəriş yoxdursa, vaxtilə peyvənd olunmayıblarsa, qızılcaya yoluxmamaları üçün hökmən ərazi üzrə poliklinikalara müraciət ediərək peyvənd olunsunlar”.
Xatırladaq ki, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmrə əsasən, mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri keçiriləcək./medicina.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar