Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəng diaqnozu qoyulan kimi atılmalı 5 addım - Alimdən məsləhət

Tarix: 02-03-2019 21:47     Baxış: 3534 A- / A+
Xərçəng diaqnozu qoyulan kimi atılmalı 5 addım

Amerikalı həkim Mark Hayman xərçəng diaqnozu tapılacağı halda xəstənin əməl etməli olduğu 5 qaydanı bölüşüb.

Onun fikrincə bu qaydalar xəstəliyə qalib gəlmək üçün vacib şərtlərdir.

1.Şəkər, qənddən imtina et

Manevr.az medicina.az-a istinadən bildirir ki, şəkər xərçəng hüceyrələrini qidalandıran maddədir və onları artırır. İl ərzində orta statistik insan 70 kq şəkər yeyir. Əgər xərçənglə uğurlu mübarizə aparmaq istəyirsənsə, şəkər, qənd və şirin qidaları minimuma endirəcəksən.

2. Qlütenə yox de


35 % amerikalılar qlütenə qarşı həssasdırlar. Amma onlar un məmulatı yeməkdən əl çəkmirlər. Nəticədə ya xərçəngdən, ya da infakrtdan ölürlər. Həmçinin süd də zərərli qidalar sırasındadır. Orqanizminin səsinə qulaq as. Hansı ərzağı yedikdən sonra özünü pis hiss edirsənsə, o ərzaqdan uzaq dur.

3. Harda iltihab var mübarizə apar


İltihab, soyuqdəymə bütün xroniki xəstəliklər, həmçinin xərçəngə aparan yoldur. Adətən insulinə qarşı rezistentlik, autoimmun xəstəliklər və alllergiya ilə özünü biruzə verir. Əgər özünüzü çox yorğun, tükənmiş hiss edirsizsə, iltihabi proseslər varsa, Omeqa 3 qəbul edin. O sizi qaydaya salacaq.

4.Bağırsaqlarının qeydinə qal


Çox alimlər bağırsaq xərçənginin səbəbini mikroblarda, bakteriyalarda görür. Ona görə bacardıqca çox probiotik və prebiotik - kefir, yoqurt yeyin. Eləcə də fitonutrientlər - giləmeyvə, kurkumin - sarıkök, resveratrol - üzümdə olur - qəbul edin. Bunlar bağırsağın iltihabi proseslərini azaldacaq.

5.Toksinlərdən qaç

Bütün yenidoğulmuşlar dünyaya göbəyində 287 kimyəvi maddə ilə doğulur. Deməli, heç birimiz toksinlərdən qaça bilmərik. Amma onları azalda bilərik. İlk növbədə ftalatlar, bisfenol, antipiren, ağır metallar, civə, qurğuşundan qorunmaq lazımdır. Plastik butulda su, plastik qabda yemək almayın. Yarımfabrikatlar yeməyin. Şəhər mərkəzində çox olmayın. Meşədə, çöldə bacardıqca çox gəzin. Orqanizmdən toksinləri təmizləməyin yollarını sınayın.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar