Xəbər lenti
Əlləriniz soyuqdursa, bu xəstəliyin əlamətidir
El arasında çox vaxt deyirlər: "Əllərin soyuqdursa, deməli, qəlbin istidir". Doğrudanmı belədir? Bəs təbabət bu barədə nə deyir? Terapevt qəbuluna gələn xəstələr də bu sualla müraciət edirlər: "Həkim, əllərim niyə soyuq olur?".
Həkim-terapevt Məlahət Osmanova həmin sualın cavabını Azərtac-ın müxbirinə belə izah edib: "Soyuq hava şəraitində əllərin və bədənin açıq sahələrinin üşüməsi təbiidir. Məsələ burasındadır ki, bəzi xəstəliklər nəticəsində yaranan soyuq əl hissi havanın temperaturundan asılı olmur. Bunun müxtəlif səbəbləri var. Məsələn, Reyno sindromu zamanı barmaqları qidalandıran qan damarları soyuq, yaxud stress nəticəsində sıxılır, krizis vaxtı barmaqlar üşüyür, göyərir və ağrılı olur. Damarlar əvvəlki vəziyyətinə qayıdanda isə əllər qızarır. Digər bir səbəb autommun xəstəliklərdir, buraya qırmızı qurd eşənəyi, sklerodermiya, revmatoid artrit və s. kimi xəstəliklər daxildir. Əsas xəstəlik vaxtında müalicə olunanda əl əlamətləri də zəifləyir. Hipotireozu qalxanvarı vəzi orqanizmin "termostateri" hesab edənlər haqlıdırlar. Onun funksiyaları zəifləyəndə orqanizmdə bütövlükdə mübadilə pozulması baş verdiyi üçün piylənmə, halsızlıq və üşümə əlamətləri baş verir. Anemiya zamanı qanda hər hansı səbəbdən yaranan dəmir çatışmazlığı nəticəsində qanın oksigenlə təchizatı pozulur və başağrıları, ümumi zəiflik, başgicəllənmə, təngnəfəslik kimi əlamətlərlə yanaşı bədən üzvlərinin, xüsusən də əllərin soyuması baş verir".
Əllərdəki soyuqluğun digər səbəbləri barədə məlumat verən həkim-terapevt deyib: "Başqa bir səbəb B12 vitaminin çatışmazlığıdır, həmin vitamin ən çox ət, toyuq, yumurta və süd məhsullarında olur, qanda hemoqlobinin miqdarına cavabdehlik daşıyır. Ona daha çox vegeterianlarda, 50 yaşdan yuxarı olanlarda, Kron xəstəliyi zamanı rast gəlinir. Həmin vitaminə olan tələbatı ödəməklə problemi həll etmək olar.
Qan təzyiqinin aşağı olması - hipotoniya zamanı qan daxili orqanların işini təmin etmək üçün səfərbər olur, bu da öz növbəsində ətrafların qanla təchizatını zəiflədir. Hipotoniyanın bir çox səbəbləri var: qanaxma, bədənin susuzlaşması, sidikqovucu və başqa dərman preparatlarının qəbulu, endokrin xəstəliklər və s. Ətrafların soyumasından başqa başgicəllənmə, ürəkbulanma və ümumi halsızlıq kimi simptomlar müşahidə olunanda mütləq həkimlə məsləhətləşmək lazımdır. Stress və həyəcanın olması xroniki stress faktoru qanda adrenalinin miqdarını artırır və nəticədə qan damarlarının spazması baş verdiyinə görə əl və ayaqlar soyuyur. Dərman preparatları, məsələn, beta-blokatorlar, miqren əleyhinə preparatlar və s. damarları, xüsusən də arteriyaları daraltmaqla əllərin soyumasına səbəb olur. Siqaretçəkmə - nikotinin damardaraldıcı təsiri nəticəsində ətrafların qanla təchizatının zəifləməsi əllərin soyumasına aparan səbəblərdən biridir. Ona görə də istənilən halda əllərin soyuq olmasının səbəbini öyrənib onu aradan qaldırmaq üçün həkimə müraciət edilməlidir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar