Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Diş məcunu seçərkən bunlara diqqət edin - 5 AMİL

Tarix: 23-02-2019 16:05     Baxış: 3347 A- / A+
Diş məcunu seçərkən bunlara diqqət edin - 5 AMİL


Diş məcunu seçərkən bir sıra amillərə diqqət edilməlidir. Əks halda dişlərinizə, o cümlədən də sağlamlığınıza zərər vura bilərsiniz.

Manevr.az sizə düzgün diş məcunu seçiminin qaydalarını açıqlayır:

1. Ftor tərkibli diş məcunu istifadə edin


Dişlərin üzərində olan mina təbəqəsi kristallardan ibarətdir. Bu kristalların adı hidroksiapatitdir. Bu bakteriyalar kristalların dağılmasına səbəb olaraq dişin mina təbəqəsini zədələyirlər. Ftor, hidroksiapatit kristallarına birləşərək florapatit əmələ gətirir ki, bu maddə bakteriyaların mina təbəqəsinə təsirini azaldır. Ftor maddəsi dişləri qüvvətləndirən və çürüməsinin qarşısını alan aktiv elementdir.

2. Dişləriniz həssasdırmı?


Dişin mina təbəqəsinin altında kanallardan ibarət dentin təbəqəsi yerləşir. Müxtəlif səbəblərdən üzə çıxan dentin təbəqəsi soyuq, isti, turş, şirin kimi qidalar səbəbindən qıcıqlanır və həssas olur. Buna görə də həsasiyyət problem yaşayan xəstələr diş məcunu seçimində diqqətli olmalıdırlar. Yaxşı olardı ki, çox nanəli və acı dadlı məcunlardan uzaq durasınız. Yaxşı olardı ki, həssas dişlər üçün nəzərdə tutulan məcunlardan istifadə edəsiniz. Onların tərkibində olan ionlar üzə çıxan dentin kanallarını qapayaraq həssaslığı aradan qaldırır.

3. Uşaqlar üçün məcun seçərkən diqqətli olun


Uşaqlara diş fırçalamaq vərdişini kiçik yaşlardan formalaşdırmaq lazımdır. Yaxşı olardı ki, özünüz dişlərinizi fırçalayaraq onlara nümunə olun. Uşaqlar dişlərini fırçalayan zaman məcunu uda bilərlər. Bu səbəbdən də onlara ftor səviyyəsi aşağı olan diş məcunları alın.

4. Çalışın ki, ağ rəngli diş məcunlarından istifadə edəsiniz


Damaqda olan hər hansı bir problem dişlər fırçalanarkən onların qanamasından məlum olur. Rəngli diş məcunları isə qanın rəngini itirə bilər. Buna görə də problemdən vaxtında xəbərdar olmaq üçün ağ rəngli məcunlardan istifadə edin.

5. Ağardıcı məcunlara diqqət


Məcunun tərkibində olan hissəciklərin dişin səthini cızması onların zədələnməsinə səbəb ola bilər. Bu isə daha sonralar özünü çürümə kimi büruzə verəcəkdir. Buna görə də çalışın ki, tərkibində sərt hissəciklər olmayan məcunlardan istifadə edəsiniz./medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar