Xəbər lenti
Bakterioloji infeksiyaların müalicəsi üçün yeni üsul
Bakteriyaların mühitə tez adaptasiya olması və çox tez antibiotik müqaviməti qazana bilməsi xəstələri və həkimləri çətin vəziyyətə salırdı. Yeni üsulla birlikdə artıq bu çətinliklər daha asan həll edilə biləcək.
Bakterioloji infeksiyalarda antibiotiklərə çox etibar edilsə də, antibiotiklərə müqavimət göstərən bakteriyaların ədədlərinin artması həkimləri və xəstələri müalicə planını dəyişdirməyə məcbur etdi. Bundan əlavə, müəyyən infeksiyalara hansı bakteriyaların səbəb olduğunu təyin etmək üçün keçirilən uzunmüddətli son laboratoriya analizlərinin nəticələri, xəstələr üçün çox da müsbət olmadı.
Koreyanın Aparıcı Elmi və Texnoloji İnstitutunun (Advanced Institute of Science and Technology) maşın mühəndisləri, 6-7 saat ərzində doğru müalicə üsulunu təyin edə bilən mikroçip antibiotik analiz platformaları hazırladı.
Araşdırmaçılardan Yessi Yeon bu barədə belə deyib: "Fərqli dərman kombinasiyalarının təsirini sadə bir formada tapmaq, sağlamlıq sahəsində böyük bir təsirə malik olacaq". Yeon həmçinin, alimlərin yaratdığı sürətli mikro axıcı sistemin, sınanılmış müalicələr mövzusunda bir ilk olduğunu dedi: "Bu araşdırmanın tək bir dərmanla olduqca məhsuldar olduğunu, həmçinin iki dərmanla birlikdə də çox yaxşı nəticələr ala biləcəyini gördük. İndi isə bunu daha da inkişaf etdirmək istəyirik"./deyerler.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar