Xəbər lenti
Bu üsullarla dişlərinizi sürətli və asan şəkildə ağardın

Yüksək miqdarda pul xərcləmədən evdə, təbii üsullar ilə hazırlanmış məcunlardan istifadə edərək qısa müddətdə dişlərinizi ağarda bilərsiniz.
Xüsusilə siqaret istifadə edənlər üçün bu reseptlər çox faydalıdır.
Portağal qabığı
Portağal qabıqları diş minasının təmizlənməsində ən asan və təsirli üsullardan biridir. Dişlərinizi fırçaladıqdan sonra portağal qabığının iç hissəsi ilə dişlərinizi ovun. Bu üsul dişlərinizin ağarmasına və və ləkələrin yox olmasına kömək edir. təxminən 2-3 dəqiqə ovmadan sonra ağzınızı su ilə çalxalayın.

Aloe vera və qliserin
Bu ev üsulu diş məcunu ilə bəmbəyaz dişlərə sahib ola biləcəksiniz. 2 çay qaşığı soda, 1 yemək qaşığı aloe vera, 4 yemək qaşığı qliserin və 1 çay qaşığı limon yağını qarışdıraraq təbii məcununuzu hazırlayın. Bir neçə fırçalamadan sonra fərqi görə biləcəksiniz.

Çiyələk və pomidor məcunu
Çiyələk, pomidor və portağal kimi C vitamini tərkibli tərəvəz və meyvələr dişlərdə bakteriya yaranmasının qarşısını alır. Bu üç meyvəni püre halına gətirin və diş məcunu kimi gündə 2 dəfə istifadə edin.

Küncüt
Hər gün dişlərinizi fırçalamadan əvvəl təxminən 2-3 dəqiqə müddətində 1 çay qaşığı çeynəyin. Bu sayədə dişlərinizi təmizləyərək ləkə yaranmasının qarşısını ala bilərsiniz. Çeynədiyiniz küncütləri udmayın.

Sirkəli diş məcunu
İki yemək qaşığı sirkə və 1 yemək qaşığı duzu qarışdırın. Hazırladığınız bu məcunla dişlərinizi həftədə iki dəfə fırçalayın. İkinci həftədən etibarən dişlərinizin ağardığı görəcəksiniz.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar