Xəbər lenti
Yaşıl bananın nə qədər faydalı olduğunu bilirsinizmi?
Bananın sağlamlığa faydalı olduğunu bildiyimiz üçün rasionumuzdan əskik etməməyə çalışırıq. Bu meyvəni alan zaman da yetişmiş, sarı qabıqlı olanına üstünlük veririk. Halbuki yaşıl qabıqlı banan da sağlamlığa olduqca yararlıdır.
Manevr.az bu dəfə sizə yaşıl bananın faydalarını təqdim edir.
1. Arıqlamağa kömək edir
Yaşıl bananın tərkibində 150 qr-a qədər yüksək lif, B qrupu vitaminləri, kalsium və maqnezium var. Yaşıl bananın kalorisi karbohidratlı qidalarda olan kalorinin yarısı qədərdir. Tərkibindəki nişasta uzun müddət tox qalmağa kömək edir və iştahanı azaldır. Bu isə arıqlamağa kömək edir.
2. Xolesterolu tənzimləyir
Yaşıl banandan müntəzəm istifadə LDL xolesterolu istehsalını əhəmiyyətli dərəcədə azaltmağa kömək edə bilər.
3. Diabetə qarşı faydalıdır
Yaşıl banan orqanizmdə qlükoza səviyyəsini tənzimləyə və 2-ci tip diabetin başlamasının qarşısını ala bilər. Yaşıl banan diabetli insanlar üçün mükəmməl seçimdir.
4. Yağları yandırır
Yaşıl bananın bir faydası da bədəndəki yağların yandırılmasını sürətləndirməkdir. Bu, qlikaqon adlı hormonun stimullaşdırılması nəticəsində baş verir və termogenezi (bədəndə istilik istehsalı) sürətləndirir.
5. Psixoloji durumlarda bədəni stimullaşdırır
Yaşıl bananın digər xeyri əzələlərin inkişafı zamanı lazım olan enerjini təmin edir. Bununla yanaşı, rahat gecə yuxusuna səbəb olur, narahatlıq və depressiyanı xeyli azaldır.
6. Ürək sağlamlığını qoruyur
Yaşıl banan yemək infarkt və digər ürək-damar xəstəliklərinin qarşısını alır, hətta ürək və bütün sinə bölgəsinə təsir edə bilən iltihabı aradan qaldırır.e-tibb.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar