Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qrip zamanı temperaturu salmaq məsləhət deyil

Tarix: 03-02-2019 09:01     Baxış: 3318 A- / A+
Qrip zamanı temperaturu salmaq məsləhət deyil

Qrip zamanı temperaturun müxtəlif vasitələrlə salınması düşünüldüyü kimi heç də yaxşı ideya deyil.

Manevr.az
e-tibb.az-a istinadən bildirir ki, kanadalı alimlər apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, qrip olarkən temperaturun süni şəkildə salınması sağalmaya mane olur, xəstəliyin daha da uzanmasına gətirib çıxarır.

Alimlər bunun niyəsini də açıqlayıblar.

Bildirilir ki, hələ ötən əsrin 70-ci illərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, infeksiya zamanı bədənin temperaturunun yüksəlməsi immun sisteminin virusun çoxalmasının qarşısının alınmasına yönəlmiş normal reaksiyasıdır. Yüksək temperaturda viruslar normal çoxala və yayıla bilmir.
Əgər temperatur müxtəlif vasitələrlə süni yolla salınırsa, bədən virusun normal çoxalması üçün əlverişli vəziyyətə gətirilir, beləliklə, xəstəlik daha uzun müddət davam edir.

Alimlərin fikrincə, temperaturun süni şəkildə salınması bədəni təxminən 1 faiz əlavə xəstələnmə halına yaxınlaşdırır. Bundan başqa, yüksək dərəcəli yoluxma halında temperaturun salınması nəinki xəstəliyin güclənməsinə, hətta ölüm halının baş verməsinə səbəb ola bilir.

Yalnız 38.5 dərəcəni keçdikdə temperaturu salmaq üçün müəyyən addımlar atılması tövsiyə olunur.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar