Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Axşam yeməyini gec yeməyin ziyanı yoxdur — HƏKİMLƏR BELƏ DEYİR

Tarix: 02-02-2019 21:49     Baxış: 3321 A- / A+
Axşam yeməyini gec yeməyin ziyanı yoxdur

Həkimlərin əksəriyyəti uzun illərdir, yatmazdan ən azı iki saat əvvəl qida qəbulunu dayandırmağı tövsiyə edirlər. Onlar hesab edirlər ki, insan yatağa uzanana qədər qanda şəkərin səviyyəsi normallaşa bilmir. Bu isə sağlamlıq üçün olduqca ziyandır. Odur ki, axşam yeməyi yatmazdan ən az 2 saat əvvəl yeyilməlidir. Yaponiyalı alimlərin apardıqları yeni araşdırma isə bu fikrin heç bir əsası olmadığını ortaya çıxarıb.

Manevr.az
gencaile.az-a istinadən bildirir ki, Okayama Universitetinin əməkdaşları 1573 könüllünün iştirakı ilə geniş tədqiqat aparıblar. Bir neçə il ərzində bu könüllülər gündəlik rejimləri barədə tədqiqatçılara hesabat verib, müntəzəm olaraq qan analizlərindən keçiblər. İştirakçıların çoxu axşam yeməyi ilə yuxu arasında iki saat fasilə versə də, kişilərin 16, qadınlarınsa 8%-i bu qaydaya əməl etməyib.

Sonradan onların analiz nəticələri tədqiq edilən zaman məlum olub ki, gündəlik qrafikdən asılı olmayaraq, hamısının qanında şəkərin səviyyəsi təxminən eyni olub. Yəni çəki, qan təzyiqi, fiziki məşq, zərərli vərdişlər kimi faktorlardan fərqli olaraq, şam yeməyinin vaxtının qan şəkəri səviyyəsinin dəyişməsinə təsiri yox imiş.
Araşdırma müəllifləri qeyd ediblər ki, axşamlar qida qəbulunun vaxtı sağlam həyat tərzi keçirən şəxslərin səhhətinə heç cür mənfi təsir göstərə bilməz.

Xatırladaq ki, bir müddət əvvəl alman alimləri açıqlama vermişdilər ki, səhər yeməyindən imtina ciddi sağlamlıq problemlərinə yol aça bilər. Belə ki, bu hal diabet olma ehtimalını 55% artırır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar