Xəbər lenti
Dişlərin saralmasının 5 səbəbi
Güzgüdə dişlərimizin saraldğını görəndə hansı hissləri keçiririk, paylaşaqmı? Yox, yaxsısı budur, dişlərimizin saralmasının 5 səbəbindən danışaq. Milli.Az e-tibb.az-a istinadən bildirir ki, necə olur ki, ağappaq mina qatı nazilir və dişlər saralır?
1-ci səbəb
Turşu tərkibli müxtəlif vasitələrlə ağızı tez-tez yaxalamaq zərərlidir. Ağız suyu özü diş üçün lazımi fermentlərlə zəngindir, artıq turşunu və qida qalıqlarını özü yuyur.
2-ci səbəb
Siz çoxlu turş tərəvəz və meyvə yeyirsiniz. Onlar təbii ki, orqanizm üçün faydalıdır. Lakin sirkə turşusu əlavə olunmuş pomidor salatı yeyib, həm də qırmızı şərab içirsinizsə, dişlərinizin saralması ehtimalı ortaya çıxır. Odur ki, bu qidanı qəbul edəndən sonra üstündən adi su için.
3-cü səbəb
Müxtəlif qazlı sular, çay və kofe də dişlərinizin saralmasına səbəb ola bilər. Onları ya sürətlə, ya da plastik çubuqlarla için.
4-cü səbəb
Siqaret. Siqaret və tənbəkinin tərkibindəki kimyəvi maddələr dişin mina qatını, damağı zədələyir, həmçinin ağız suyu ufrazını azaldır.
5-ci səbəb
Çox adam ağız gigiyenasına əməl etməli olduğunu tamamilə unudur. Dişlərin səhər və axşam təmizlənməsi ilə yanaşı, diş təmizləyicilərdən və diş saplarından istifadə olunmalıdır. Yeri gəlmişkən, dişləri keyfiyyətli məcunla, fırçanı dişə möhkəm sıxmadan yaxşı təmizləmək lazımdır, əks halda yalnız dişin mina qatını yuyub naziltmiş olacaqsınız.
Hə, bir də ildə iki dəfə stomatoloqa getməyi yaddan çıxarmayın.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar