Xəbər lenti
Azərbaycanda qızılcaya yoluxma artıb
“Azərbaycanda qızılcaya yoluxma gözləniləndən daha artıq müşahidə edilir”.
Manevr.az xəbər verir ki, bu barədə “trend”ə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisindən məlumat verilib.
Nümayəndəlikdən bildirilib ki, hazırda Avropanın əksər ölkələrində qızılca epidemiyası baş verir. Həmin ölkələr onlayn sistem vasitəsilə Ümumdünya Səhiyyə Təşkilatını mövcud vəziyyətlə bağlı daimi şəkildə məlumatlandırırlar:
"Azərbaycanda gözləniləndən daha artıq xəstəlik halları müşahidə edilir. Bu hallar 2018-ci ilin sonundan artmağa başlayıb. Xəstəlik halları əsasən vaxtı ilə peyvənd olunmamış 20-40 yaş qrupuna aid insanlar arasında baş verib".
ÜST-dən qeyd edilib ki, Səhiyyə Nazirliyi vəziyyəti nəzarətdə saxlayır və xəstəlik halları daha çox müşahidə edilən yaş qrupları və bölgələr üçün əlavə peyvənd tədbirlərinin aparılmasını nəzərdə tutur:
"Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyin nəzarətdə saxlanılması məsələsində Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Övladınızı epidemiyalardan qorumaq üçün peyvənd çox önəmlidir. Səhiyyə Nazirliyi tərəfindən uşaq poliklinikalarına paylanan peyvəndlər ÜST-nin təsdiqlənmiş peyvəndlər siyahısına daxildir və yüksək keyfiyyətlidir".
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Trend-ə bildirmişdi ki, Azərbaycanda qızılcaya yoluxma halları ötən ilin dekabrın ortalarından, əsasən böyüklər arasında qeydə alınmağa başlayıb.
Qızılcaya yoluxmanın tək-tək hallarda uşaqlar arasında da qeydə alındığını və bu uşaqların peyvənddən kənarda qaldığını deyən Mərkəz rəsmisi tövsiyə edib ki, valideynlər uşaqlarını peyvənd etdirsinlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar