Xəbər lenti
Bu meyvə evdə saxlandıqa bakteriya və viruslara qarşı mübarizə aparır
Bu meyvə evdə saxlandıqa bakteriya və viruslara qarşı mübarizə aparırRespublikamızın əsasən subtropik zonasında yetişən kinkan bitkisi tərkibindəki maddələrin zənginliyinə və bir çox xəstəliklərin müalicəsində əla vasitə olmasına baxmayaraq, əksər insanlar nə onun adını, nə də onunla necə qidalanmaq lazım olduğunu bilmirlər.
Manevr.az bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov Azərtac-a müsahibəsində kinkanın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.
Zaur Həsənov bildirib ki, kinkan sitrus bitkiləri ilə bir fəsiləyə daxil olsa da, ayrıca sərbəst növdür. Meyvələri xırda (1-3 santimetr diamterində), parlaq narıncı rənglidir. Meyvəsi və meyvə qabığı sərinləşdirici, turşaşirin tamlı, ətirlidir.
Kinkan meyvələri antiaterosklerotik və öskürəkkəsici təsirə malikdir. Ürək-damar xəstəlikləri, piylənmə, yuxarı tənəffüs yollarının öskürəkli xəstəliyi zamanı faydalıdır.
Bu meyvə antibakterial, atialkoqol və qənnadı məmulatı kimi də yüksək qiymətləndirilir. Qabığı zərif və zəngin tərkibli olduğundan soyulmadan yeyilir. Qabığı efir yağları və maddələri ilə zəngindir. Onu evdə, isti yerdə saxladıqda bakteriya və viruslara qarşı mübarizə aparır. Əksər Asiya ölkələrində qabığı oda yaxın yerdə qoyurlar ki, onun təsiri artsın. Kinkan əsəbləri sakitləşdirir, depressiyanı aradan qaldırır, iştahanı artırır və həzmi asanlaşdırır. Tərkibi C və A vitaminləri ilə zəngindir. Güclü alkoqollu içkidən sonra bir-iki meyvə yeyildikdə orqanizm yenidən normal vəziyyətə qayıdır. Kinkan meyvələri Şərq ölkələrində göbələk yoluxmaları, nəfəs yollarının xəstəliyi zamanı geniş istifadə olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar