Xəbər lenti
Hansı xəstəliklər zamanı şaxtada gəzmək faydalıdır? — Doğru bilinən yanlışlar
Bir çoxları elə düşünür ki, hava soyuq və şaxtalı olduqda evdə qalmaq və çölə çıxmamaq ən yaxşı yoldur. Düzdür bəzi xəstəliklər zamanı soyuq havada çox gəzmək olmaz, amma şaxtalı havanın da yaxşı təsir göstərdiyi xəstəliklər mövcuddur.
Manevr.az şaxtalı havanın hansı xəstəliklər üçün faydalı olduğunu açıqlayır:
1) Piylənmə. Artıq çəkil insanlarda arıqlamaq üçün qışda gəzmək yayda gəzməkdən daha effektlidir. Şaxta arıqlamağa kömək edir. Çünki soyuqda orqanizm özünü qızdırmaq üçün daha çox enerji sərf etməlidir. Bu enerji isə piy qatının parçalanması hesabına yaranır.
2) Baş ağrısı və miqren. İstənilən mənşəli baş ağrıları zamanı havaya çıxaraq təmiz hava almaq kömək edir. Baş ağrısı başda yerləşən damarların spazmı səbəbindən yaranır. Şaxtalı havada isə dəridə olan kapillyarlar sıxılır, başdakı damarlar isə əksinə genələrək qan axımını qaydaya salır. Həmçinin soyuq hava sinir ucluqlarına da təsir edərək ağrı hissinin azalmasına və ümumi əhval-ruhiyyənin yüksəlməsinə səbəb olacaq.
3) Hipotoniya. Arterial təzyiqdən əziyyət çəkən insanlar qışda özlərini pis hiss edirlər. Aşağı təzyiqdən əziyyət çəkənlərə isə əksinə şaxtalı havada gəzmək faydalıdır. Bunun səbəbi soyuqda qan damarlarının sıxılaraq təzyiqi yüksəlməsidir. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar isə yaxşı olardı ki, şaxtalı havalarda evdə otursunlar.
4) Piy vəzilərinin fəaliyyəti. Yağlı dəriyə malik insanlar isti havadansa soyuqda daha tez-tez gəzintiyə çıxmalıdırlar. Şaxtalı hava epidermisi qurudaraq çivzə, akne və sızanaqların yaranmasının qarşısını alır.
5) Stresslə mübarizə. Qışın gəlişi ilə günlə qısalır və gecələr uzanır. Məhz bu amil də bir çox insanlarda depressiyanın yaranmasına səbəb olur. Amma alimlər şaxtalı havanın orqanizmdə "xoşbəxtlik hormonu" olan serotoninin və endorfinin sintezinin sürətləndirdiyini bildirirlər. Hətta 30 dəqiqəlik gəzinti sinir sistemini gücləndirir, qorxu və həyəcan hissini aradan qaldırır, iştahanı açır, əhvalı yüksəldir.
6) İmmunitetin möhkəmlənməsi. Bir çoxları elə düşünürlər ki, soyuq hava xəstələnmənin əsas səbəbidir. Lakin bu belə deyil. Əksinə olaraq soyuq hava orqanizmin qoruyucu funksiyalarını daha da gücləndirir. Buna görə də şaxtalı havada ağızı və burunu qapalı bir şəkildə gəzmək və nəfəs almaq sizin xəstəliyə yoluxmağınıza yox, bədəninizin daha da möhkəmlənməsinə səbəb olacaq.medicina.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar